Reklam
James Webb vasitəsilə Yupiterin çəkilmiş 2 yeni fotosu təqdim edilib

James Webb vasitəsilə Yupiterin çəkilmiş 2 yeni fotosu təqdim edilib

Süni zəka və Elm
23.08.2022 PAYLAŞIM

    NASA mütəxəssisləri James Webb vasitəsilə Yupiterin çəkilmiş 2 yeni fotosunu təqdim ediblər. Təqdim edilmiş fotolarda Yupiter qütblərinin parıltılarını və planetin səthində olan məşhur qırmızı ləkəni görmək olar. Həmin qırmızı ləkə əslində Günəş sistemində mövcud olan ən böyük atmosfer burulğanıdır. Bu qırmızı ləkənin ölçüsü Yer kürəsinin diametrindən 1.3 dəfə böyükdür və onun daxilində saatda 400 km sürətlə baş verən qasırğalar hökm sürür. Hər iki foto James Webb teleskopunun NIRCam adlı yaxın infraqırmızı diapazon kamerası vasitəsilə çəkilib. Fotolardan görmək olar ki, şimal parıltıları planetin şimal və cənub qütblərini əhatə edir. Təqdim edilmiş fotolarda planetin səthindəki məşhur qırmızı ləkə ağ rəngdə əks olunub. Bunun əsas səbəbi isə ondadır ki, o, digər buludlar kimi həddindən artıq Günəş işığı əks etdirir. Bundan əlavə olaraq James Webb tərəfindən çəkilmiş fotolarda Yupiter-in aşağı parlaqlığa sahib halqalarını və 2 peykini (Amaltea və Adrastea) görmək mümkündür.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsi..


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..

×