Jeff Bezos-un Blue Origin şirkəti astronavtların Aya eniş etmələrindən cavabdeh olacaq

Jeff Bezos-un Blue Origin şirkəti astronavtların Aya eniş etmələrindən cavabdeh olacaq

Süni zəka və Elm
22.05.2023 PAYLAŞIM

    NASA astronavtları Aya çatdıracaq ikinci şirkəti seçib. “Artemis” Ay proqramı çərçivəsində üçüncü missiya zamanı astronavtların Aya eniş etmələrindən Jeff Bezos-un Blue Origin şirkəti cavabdeh olacaq. Sözügedən şirkət “Artemis V” missiyası üçün nəzərdə tutulmuş eniş sistemini inşa edəcək. Qeyd etmək lazımdır ki, “Artemis V” missiyasının 2029-cu ildə reallaşdırılması planlaşdırılır. Artıq məlumdur ki, Blue Origin şirkəti Blue Moon adlı eniş aparatı üzərində çalışır. NASA-nın Orion adlı kosmik kapsulu 4 nəfər astronavtı Ayın orbitində yerləşəcək Gateway adlı kosmik stansiyaya çatdıracaq.

    Daha sonra 2 nəfər astronavt Blue Origin-in eniş aparatından istifadə edərək Ayın cənub qütbünə eniş edəcəklər. Missiya 1 həftə ərzində davam edəcək və bu müddət ərzində astronavtlar Ay səthində hərəkət etmək üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsindən istifadə edəcəklər və müxtəlif təcrübələr aparacaqlar. Gateway-də qalacaq digər iki nəfər astronavt isə Ay stansiyasında xidmət göstərəcəklər. NASA artıq qərarlaşdırıb ki, astronavtların Aya eniş edəcəkləri “Artemis III” və “Artemis IV” missiyalarında SpaceX-in kosmik gəmisindən istifadə ediləcək.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×