Reklam
Kainatda bilinən ən ağır ulduzun fotosu çəkilib

Kainatda bilinən ən ağır ulduzun fotosu çəkilib

Süni zəka və Elm
22.08.2022 PAYLAŞIM

    Alimlər Çilidə yerləşən Gemini adlı rəsədxananın teleskopları vasitəsilə kainatda bilinən ən ağır ulduzun fotosunu əldə ediblər. R136a1 adını əldə etmiş bu ulduz Yer kürəsindən təqribi 165 000 işıq ili uzaqlığında yerləşən R136 adlı ulduz klasterindədir (ulduzlardan ibarət qruplaşma). Güman olunur ki, bu ulduz ən ağır ulduz olmaqla yanaşı həmçinin ən parlaq olanıdır. Bununla belə aparılmış yeni tədqiqat onu göstərib ki, R136a1 adlı ulduzun kütləsi və parlaqlığı barəsində daha öncə əldə edilmiş göstəricilər bir qədər şişirdilib. Buna baxmayaraq o hələ də kainatın bilinən ən ağır kütləli ulduzu olaraq qalır. Süd Yolu qalaktikasının peyki rolunda çıxış edən Böyük Magellan Buludu qalaktikasında yerləşən R136a1 ulduzu ilk dəfə 2010-cu ildə Hubble teleskopu vasitəsilə kəşf edilmişdi.


    Bu cür yüksək kütləli və böyük ölçülü ulduzların detallı fotolarını çəkmək çox qəliz məsələdir. Məsələ burasındadır ki, bu cür ulduzlar adətən ulduz klasterindəki digər çoxlu sayda ulduzun əhatəsində mövcud olurlar. Həmin ulduzlar isə öz növbələrində çoxlu miqdarda kosmik toz ilə əhatə olunurlar. R136a1 kimi ulduzların detallı fotolarının çəkilməsini çətinləşdirən daha bir faktor da ondan ibarətdir ki, onların həyat dövrləri çox qısa olur. R136a1 kimi ulduzlar yüksək kütlə ilə parlaqlıqdan əlavə olaraq həmçinin böyük ölçüyə sahib olurlar. Buna görə də bu cür ulduzlar çox az müddət ərzində mövcud olurlar və əasən cavan vaxtda ölürlər. Bu isə o deməkdir ki, bu cür ulduzlar təqribi olaraq bir neçə milyon il ərzində mövcud olurlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, bizim Günəşin təqribi olaraq 4.6 milyrd il yaşı var.

    Gemini rəsədxanasının astronomları teleskoplardan birinin imkanlarını genişləndiriblər və nəticədə həmin teleskop R136a1 adlı ulduzun ən detallı fotosunu çəkə bilib. 2010-cu ildə R136a1 kəşf olunandan sonra alimlər güman etmişdilər ki, sözügedən ulduzun kütləsi bizim Günəşin kütləsindən 250-320 dəfə yüksəkdir. Lakin aparılmış yeni tədqiqat onu göstərib ki, R136a1-in kütləsi bizim Günəşin kütləsindən əslində 170- 230 dəfə yüksəkdir. Buna baxmayaraq R136a1 kainatın bilinən ən ağır ulduzu statusunu hələ də qoruyub saxlayır. Bundan əlavə olaraq alimlər öyrəniblər ki, bu ulduzun səthində olan temperatur Günəşin səthində olan temperaturdan 8 dəfə yüksəkdir. Yəni R136a1-in səthindəki temperatur göstəricisi 44 000 dərəcə Selsi təşkil edir. Ulduzun ölçüsünə gəldikdə isə onun radiusu Günəşin radiusundan 40 dəfə böyükdür. Yəni R136a1-in radiusu 28 milyon km təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsi..


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..

×