main-post-cover

    Kainatda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək mümkündürmü?

    Süni İntellekt
    24.05.2022
    Farid Pardashunas
        Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilməz. Lakin həmişə olduğu kimi istisnalar mövcuddur. Müasir fizika qanunlarına əsasən nə insan nə də kütləyə sahib digər bir obyekt məkan üzrə işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilməz. Lakin güman edilir ki, hipotetik hissəciklər bunu reallaşdıra və hətta zamanda səyahət edə bilərlər. Söhbətin hansı hissəciklərdən getdiyi və onların məkan üzrə işıq sürətindən daha yüksək sürətlə hərəkət etmələri barəsində məlumatları Avstraliya Katolik Universitetinin mütəxəssisi Sam Baron verib. Albert Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən işıq sürəti kainatda kütləyə sahib bütün obyektlər üçün universal limitdir. Bu nəzəriyyə onu göstərir ki, bu cür obyektlər işıq sürətindən daha yüksək sürət yığa bilməzlər. “Kütləyə sahib bu və ya digər obyekti sürətlədirmək üçün ona enerji əlavə etmək lazımdır. Əgər biz daha yüksək sürətə nail olmaq istəyiriksə, daha çox enerji sərf etməliyik. Lakin məlumdur ki, hansı kütləyə sahib olmasından asılı olmayaraq obyektlərin işıq sürətini əldə etmələri üçün sonsuz miqdarda enerji lazımdır. Bütün bilinən enerji mənbələri isə öz limitlərinə sahibdirlər” - deyə Sam Baron qeyd edib.

    Alimin sözlərinə əsasən kainatda yalız məhdud miqdarda enerji mövcuddur. Bu isə o deməəkdir ki, hər hansı kütləyə sahib obyekti işıq sürətindən daha yüksək sürətə kimi sürətləndirmək mümkün deyil.

        Məkan üzrə hərəkət üçün olan mövcud sürət məhdudiyyəti adi kütləyə sahib olan obyektləri əhatə edir. Lakin alimlərin fikirlərinə əsasən xəyali kütləyə sahib hipotetik hissəciklər mövcuddurlar. Söhbət, taxion adlı hissəciklərdən gedir. “Hələ ki, alimlər taxionların mövcud olub-olmadıqları barəsində tutarlı bir sübuta sahib deyillər. Lakin əgər onlar həqiqətən də mövcuddurlarsa, deməli onlar məkan üzrə daimi şəkildə işıq sürətindən daha yüksək sürətlə hərəkət etməlidirlər. Nəzəriyyəyə əsasən sözügedən hissəciklər işıq sürətindən aşağı sürətlə hərəkət edə bilməzlər” - deyə Sam Baron qeyd edib. Bəzi fiziklərin fərziyyələrinə əsasən əgər bu hipotetik hissəciklər mövcuddurlarsa, onlar daimi şəkildə zamanda geriyə səyahət edirlər. Buna görə də bu hissəciklər elmi fantastika yazarları tərəfindən zamanda səyahət mövzulu kitablarda istifadə edilir. “Bəzi alimlərin fikirlərinə əsasən əgər biz nə vaxtsa taxionları aşkar etsək, insan sivilizasiyası həmin hissəcikləri zaman maşınının icadında istifadə edə bilər. Lakin bu sadəcə bir fərziyyədir” - deyə Sam Baron əlavə edib.

    Alimin sözlərinə əsasən hal hazırda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmə imkanı mümkünsüz bir şeydir.

        “İnsanların digər ulduzlara kosmos üzrə işıq sürəti ilə nəzəri səyahətləri barəsində danışsaq, qeyd etmək lazımdır ki, bizə ən yaxın olan ulduz 4.35 işıq ili uzaqlığında yerləşir. Məlum olan qalaktikalardan ən uzaqda yerləşəni isə 28 milyard işıq ili məsafəsindədir. Bu isə o deməkdir ki, Alfa Sentavr ulduz sisteminə çatmaq üçün insan təkcə bir səyahət istiqaməti üzrə həyatının 4 ilini sərf etməlidir. Bu halda ən uzaq ulduza səyahət barəsində danışmaq mənasızdır. Hər halda hətta bir insan həyatı çərçivəsində işıq sürəti ilə bu cür ulduza çatmaq mümkün deyil” - deyə Sam Baron qeyd edib. Alimin sözlərinə əsasən bu cür uzaq məsafələrin qətt edilməsində köstəbək yuvaları yardımçı ola bilərlər. Eynşteyn-in nisbilik nəzəriyyəsi isə köstəbək yuvalarının mövcudluqlarına işarə edir. Nisbilik nəzəriyyəsinə əsasən kostəbək yuvaları vasitəsilə çox qısa zaman ərzində çox uzun məsafələri qətt etmək olar. Kosmosda ola biləcək bu cür obyektlər məkandakı 2 nöqtəni elə şəkildə birləşdirə bilərlər ki, işıq sürəti vasitəsilə səyahət üçün sərf ediləcək 4 illik məsafəni bir neçə saata qətt etmək olsun. “Əgər köstəbək yuvaları həqiqətən də mövcuddurlarsa, insanlar kainatın ən uzaq yerlərinə bir insan həyatı çərçivəsində çata bilərlər. Lakin köstəbək yuvaları da taxionlar kimi hipotetik obyektlərdir” - deyə Sam Baron bildirib. Qeyd etmək lazımdır ki, vakuumda işıq sürəti saatda 1.079.252.848.8 km-ə bərabərdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər