Reklam
Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Süni zəka və Elm
20.09.2021 PAYLAŞIM

    Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb. Sözügedən layihə “Uchuu” adını əldə edib və o, kompüter modelləşdirilməsinə əsaslanır. Bu cür iddialı layihənin yaradılması üçün çox güclü kompüter lazım olub. Buna görə də mütəxəssislər bu məsələdə ATERUI II adlı superkompüterdən istifadə ediblər. Sözügedən superkompüterin tərkibinə 40.200 nüvə daxildir. Kainatın ən detallı 3D modelini yaratmaq üçün bu superkompüter hər ay 48 saat ərzində simulyasiya prosesində olub.


    Adi kompüterlər bunun öhdəsindən 20 milyon saata gələ bilərdilər. Nəticədə superkompüter 2 PT (petabayt) həcmində məlumat generasiya edib və onu 10 TB-a (terabayt) kimi sıxışdırıb. Hal hazırda “Uchuu” layihəsi bir növ virtual kainat rolunu oynayır. Ondan istifadə etmək üçün isə bulud sistemlər lazımdır. Yapon dilindən tərcümədə “Uchuu” “Kosmik məkan” kimi tərcümə olunur. Superkompüter tərəfindən reallaşdırılmış simulyasiyaya ümumilikdə 2.1 trilyon qalaktika, kosmik dumanlıq və digər obyektlər daxildirlər.

    Mütəxəssislərin fikirlərinə əsasən bu layihə vasitəsilə alimlər kainatı daha öncə mümkün olmamış miqyas çərçivəsində müşahidə edə biləcəklər. Bu cür heyrətləndirən nəticəyə baxmayaraq, kainatın 3D modelində planetləri və ayrı-ayrı ulduzları tapmaq hələ mümkün deyil. Mütəxəssislər öz diqqətlərini əsasən iri miqyaslara ayırıblar. Belə ki, onlar 3D modeldə qaranlıq materiyanın hələ müşahidə edilməmiş konturlarını qeyd ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...


Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı ..

×