main-post-cover

    Kainatın ən qədim qalaktikalarından birinin yaşı təyin edilib

    Süni İntellekt
    16.08.2023
    Farid Pardashunas
        Spektoqrafik analiz vasitəsilə Meysi (Maisies) adlı qalaktikanın yaşını təyin etmək mümkün olub. Qeyd etmək lazımdır ki, sözügedən qalaktika kainatın ən qədim qalaktikalarından biri hesab edilir. Aparılmış analizlər vasitəsilə təyin edilib ki, Meysi adlı qalaktika Böyük partlayışdan artıq 390 milyon il sonra formalaşıb. Bu fakt öz növbəsində kainatın ilkin inkişaf mərhələlərində bu cür qalaktikaların daha çox olmasına işarə edir. James Webb kosmik teleskopu vasitəsilə kainatın ən uzaq sahələrinin çəkilmiş ilk fotoları kainatın ilkin dövrlərində təəccübləndirici sayda artıq formalaşmış qalaktikaların mövcud olduqlarını göstərdilər.
        Meysi dəm həmin qalaktikalardan biridir. Sözügedən qalaktikanın ilkin analizi nəticəsində təyin edilmişdi ki, o, Böyük partlayışdan 286 milyon il sonra formalaşıb. Lakin spektroqrafik analiz qalaktikanın əsl yaşını təyin etməyə imkan verib. Alimlər bildiriblər ki, James Webb tərəfindən çəkilmiş fotolarda çoxlu sayda qədim qalaktikalar əks olunsalar da, kosmik teleskopun ilkin məlumatlarına çox ehtiyatla yanaşmaq lazımdır. Çünki onun vasitəsilə çəkilmiş fotolardakı qalaktikalar əslində heç də qədim qalaktikalar olmaya bilərlər. Qalaktikaların yaşlarını yalnız dəqiq analiz vasitəsilə təyin etmək mümkündür. Lakin bütün bunlara baxmayaraq kainatın ilkin inkişaf dövrlərində bu cür qalaktikaların artıq mövcud olması heyrətləndiricidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər