Kainatın genişlənməsinin səbəbi maqnetizmə sahib qara materiya ola bilər

Kainatın genişlənməsinin səbəbi maqnetizmə sahib qara materiya ola bilər

Süni zəka və Elm
09.04.2021 PAYLAŞIM

    Kainatın genişlənməsi daha da sürətlə gedir. Lakin alimlər bunun səbəbini anlaya bilmirlər. Mövcud olan müasir nəzəriyyələrə əsasən bunun səbəbinin arxasında qara enerji adlı anlayış dayanır. Lakin onun həqiqətən də mövcud olub-olmaması bilinmir. Danimarkalı alimlərin təqdim etdikləri yeni nəzəriyyə qara materiyanı qeyri adi maqnit özəlliklər ilə təmin edir. Bu halda o, müşahidə olunan  kainat genişlənməsini izah edir və qara enerjinin mövcudluğuna ehtiyac duymur. Bu barədə New Atlas saytı xəbər verib. Ən geniş yayılmış kosmoloji model kainatın tərkibini 3 əsas hissəyə bölür.

Birinci hissə adi materiyadan (başqa adı barion materiya) ibarətdir. Bu, bizim görə bildiyimiz və gün ərzində toxunaraq qarşılıqlı əlaqədə olduğumuz materiyadır. O, kainatın 5%-ni təşkil edir. Lakin kainatın yerdə qalan 95%-nin nədən ibarət olduğu məlum deyil.

    Müasir elmdə qəbul edilmiş inanışa əsasən kainatın 68%-i qara enerjidən, 27%-i isə qara materiyadan ibarətdir. Görünür, qara materiya qalaktikaları bir yerdə saxlayır, lakin işıqla qarşılıqlı əlaqədə olmadığı üçün onu aşkar etmək çox qəlizdir. Kopenhagen Universitetinin alimləri ümumiyyətlə 2 qara anlayışdan imtinanın mümkün olub-olmadığını yoxlamaq istəyiblər. Onlar güman edirlər ki, əgər qara materiya daha bir qeyri adi özəlliklə təmin edilsə, qara enerji konsepsiyasından imtina etmək olar.


“Biz, qara materiya haqqında çox az biliklərə sahibik. Biz sadəcə olaraq bilirik ki, bu, ağır və ləng hissəciklərdir. Lakin biz özümüzə sual verdik: Qara materiya maqnetizmə bənzər özəlliyə sahib olsaydı nə olardı? Biz bilirik ki, adi hissəciklər hərəkət edən zaman maqnetizm yaradırlar. Maqnitlər isə digər maqnitləri həm cəlb edirlər həm də itələyirlər. Bəlkə eyni proses kainatda da baş verir? Bəlkə qara materiyanın daimi genişlənməsi hansısa maqnit gücünün təsir nəticəsidir?” - deyə Steen Harle Hansen adlı baş tədqiqatçı qeyd edib.

    Alimlər kainat barəsində bilinən hər şeyi (qravitasiya, genişlənmə sürəti və s.) özündə birləşdirən yeni model yaradıblar. Lakin həmin modelə genişlənmə sürətinin yüksəlməsini idarə edən kosmologiya sabitliyi nəzəriyyəsi əlavə edilməyib. Onun yerinə alimlər qara materiya hissəciklərinə əlavə güc veriblər və həmin güc öz sürətinin kvadratı ilə mütənasib olub. Maraqlısı ondadır ki, təcrübə çərçivəsində yaradılmış yeni modeldə kainat real kainatda müşahidə olunan genişlənmə şəklində genişlənir. Beləliklə kainatın genişlənmə sürətinin artması üçün maqnetizmə sahib qara materiya kifayət edib. Hər halda bu hələ ki, sadəcə olaraq maraqlı bir ideyadır və onun üzərində daha detallı modellər vasitəsilə tədqiqatlar aparmaq lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ..


Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olun..

Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə ya..


Süni yarpaqlar digər planetlərdə sağ qalmaqda yardımçı olacaqlar

Alimlərdən ibarət beynəlxalq komanda emal olunmuş yosunlar əsasında xüsusi material hazırlayıb və hə..


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.

×