main-post-cover

    Kainatın görünən hissəsində əvvəllər düşünüldüyü kimi trilyonlarla qalaktika mövcud deyil

    Süni İntellekt
    14.01.2021
    Farid Pardashunas
        Astronomların yeni tədqiqatlarına əsasən kainatın müşahidə olunan hissəsində əvvəllər düşünüldüyündən daha az qalaktika var. New Horizons adlı planetlərarası stansiya kainatın görünən hissəsini müşahidə edərək aşkar edib ki, uzaq məsafədə yalnız bir neçə yüz milyard qalaktika mövcuddur. Əvvəllər isə düşünülürdü ki, qalaktikaların sayı trilyonlarladır. Beləliklə kainatda trilyonlarla qalaktikanın mövcud olması faktı özünü doğrultmur.
        Bu barədə New Atlas saytı xəbər verib. Ulduzlu səmanı daha aydın şəkildə müşahidə etmək üçün şəhərdən çox kənarda olmaq lazımdır. Eyni qayda həmçinin kosmik aparatlar üçün də keçərlidir. Belə ki, Günəş sisteminin daxili hissəsi parlaq toz ilə zəngindir. Buna görə də kainatın daha aydın fotolarını əldə etmək üçün kosmik aparatlar daha uzaq məsafədə yerləşməlidirlər.

    İnsan tərəfindən yaradılmış və ən uzaq məsafədə yerləşən obyektlərdən biri də New Horizons adlı kosmik aparatdır. 2015-ci ildə bu aparat Plutondan da yan keçmişdi və hal hazırda Yer kürəsindən 6.4 milyard km uzaqlıqda yerləşir.

        Bu cür məsafədə kosmos 10 dəfə daha qaranlıq görünür. Amerikalı alimlərin yeni hesablamalarına əsasən qaranlıqda yalnız bir neçə yüz milyard gizli qalaktika mövcud ola bilər. İlk baxışdan bu çox yüksək göstərici kimi görünə bilər. Lakin əvvəlki hesablamalar ilə müqayisədə çox aşağıdır. Belə ki, Hubble teleskopu vasitəsilə əldə olunmuş məlumatların analizi nəticəsində 2 trilyona yaxın qalaktika faktı qeydə alınmışdı. Yeni nəticələrin əldə olunması üçün astronomlar New Horizons tərəfindən çəkilmiş fotoların arxivlərini müşahidə ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər