main-post-cover

    Kainatın son 9 milyard illik tarixi ərzində ən yüksək sürətlə böyüyən qara dəliyi kəşf edilib

    Süni İntellekt
    15.06.2022
    Farid Pardashunas
        Avstraliyalı alimlər Sayding-Sprinqs adlı rəsədxanada yerləşən teleskop vasitəsilə 2 vacib kəşf ediblər. İlk olaraq onlar çox parlaq kvazar aşkar ediblər. Həmin kvazar yüksək kütləli qara dəlik vasitəsilə qidalanır. İkinci kəşf isə ondan ibarətdir ki, alimlərin fikirlərinə əsasən kvazarı qidalandıran həmin yüksək kütləli qara dəlik kainat tarixinin son 9 milyard illik dönəmini əhatə edən kosmik obyektlər arasında ən  yüksək sürətlə böyüyənidir. Qeyd etmək lazımdır ki, kvazar öz təkamülünün ilkin mərhələsində olan qalaktikanın nüvəsidir. Çox parlaq olan bu obyektlər faktiki olaraq böyüyən qara dəliklər qismində çıxış edirlər. Nəzərə alsaq ki, qalaktika hələ təzə-təzə formalaşır, qara dəlik də onunla birlikdə təkümül prosesindən keçərək sürətlə böyüyür. Avstraliya Milli Universitetinin alimləri aşkar edilmiş yeni çox parlaq kvazara J114447-430859.3 adını veriblər. Ona başqa cür J1144 də demək olar.

    Astronomlar güman edirlər ki, sözügedən kvazar Süd Yolu qalaktikasının şüalandırdığı işıqdan 7000 dəfə daha çox işıq şüalandırır. Bundan əlavə olaraq alimlər belə qənaətə gəliblər ki, sözügedən kvazarı qidalandıran qara dəlik kainat tarixinin son 9 milyard ili ərzində ən yüksək sürətlə böyüyən qara dəliyidir.

        Alimlər həmçinin güman edirlər ki, J1144 adlı kvazar kainatın son 9 milyard ili ərzində həm də ən parlaq kvazarıdır. Alimlərin sözlərinə əsasən sözügedən qara dəlik öz ətrafında olan maddənin yüksək miqdarda udulmas hesabına böyüyür. Alimlər güman edirlər ki, həmin qara dəlik 1 saniyə ərzində elə bir həcmdə maddə udur ki, udulan maddənin həcmi Yer kürəsinin ölçüsünə bərabərdir. Bu yüksək kütləli qara dəliyin kütləsi Günəşin 3 milyard kütləsinə bərabərdir. “Bizim hesablamalarımıza əsasən bu kvazar Yer kürəsindən 7 milyard işıq ili uzaqlığında yerləşir. Yəni onun şüalandırdığı işıq kainatın mövcud olduğu zamanın yarısı qədər vaxt sərf edərək bizə gəlib çatıb. Qeyd etmək lazımdır ki, Böyük partlayış təqribi olaraq 13.8 milyard il bundan öncə baş verib” - deyə Avstraliya Milli Universitetinin mütəxəssisi Christopher Onken qeyd edib.

    Alimlərin sözlərinə əsasən bu cür nəhəng ölçüdə digər qara dəliklər də mövcuddur. Lakin onlar qalaktikaların bir-biriləri ilə daha tez-tez toqquşduqları vaxtlarda yaranıblar.

        “Aşkar edilmiş yeni kvazarın bu cür yüksək parlaqlığa sahib olmasının dəqiq səbəbi hələ bilinmir. Qara dəliklərin özləri işıq şüalandırmırlar. Lakin onlar öz ətraflarındakı maddəni udan zaman xüsusi şüalanma baş verir və bu şüalanma həddindən artıq olduğu halda kvazar bu cür yüksək parlaqlığa səbəb ola bilər” - deyə Christopher Onken qeyd edib. Onken-in sözlərinə əsasən alimlər kainatda böyüməkdə olan qara dəliklərin axtarışı ilə 50 ildir ki, məşğul olurlr. İndiyənə kimi artıq 880.000 ədəd bu cür obyekt aşkar edilib. Lakin nəyə görə bu yeni parlaq kvazar ilə yüksək kütləli qara dəlik daha öncə kəşf edilməyib? “Mən düşünürəm ki, bunun əsas səbəbi kvazarın, Süd Yolu qalaktikasının müstəvisinə çox yaxın yerləşməsi ilə bağlıdır. Astronomlar çox zaman kosmosun bu cür sahələrini müşahidə etmirlər. Belə ki, bu cür sahələrdə çoxlu sayda ulduz ilə toz olur. Bu cür faktorlar isə uzaq məsafədə yerləşən obyektlərin müşahidəsini qəlizləşdirirlər” - deyə Onken əlavə edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər