
Keçmiş Google CEO-su: 'Gələn il ABŞ-dakı prezident seçkiləri süni zəka səbəbilə nizamsız baş tutacaq'
Süni İntellekt
03.07.2023
Emil
Google şirkətinin keçmiş CEO-su Eric Schmidt-in fikrincə 2024-cü ildə ABŞ-da baş tutacaq prezident seçkiləri ətrafında olacaq dezinformasiya kütləvi xarakter daşıyacaq. Belə ki, müasir texnologiyalar vasitəsilə aparıcı süni zəka sistemləri daha kütləvi hal alıblar. "2024-cü ildə ABŞ-da baş tutacaq prezident seçkiləri nizamsız olacaq. Çünki sosial şəbəkələr bizləri süni zəka tərəfindən tərtib edilmiş fake məlumatlardan qorumurlar" - deyə Eric Schmidt qeyd edib.
Onun sözlərinə əsasən sosial şəbəkələr kimi platformaların sahibləri bu problemi aradan qaldırmaq üçün səy göstərirlər. Lakin onların səyləri hələ heç bir nəticə verməyib. Eric Schmidt bu cür platformaları həmçinin təhlükəsizlik və etibarlılıq qruplarının ixtisar edilməsi ilə bağlı sərt şəkildə tənqid edib. Süni zəkanın uzunmüddətli perspektivdə cəmiyyətə ola biləcəyi təsirlərlə bağlı narahatlıqlara baxmayaraq Schmidt bildirib ki, sözügedən texnologiyanın qısamüddətli perspektivdə əsas təhlükəsi dezinformasiya olacaq.
Paylaş
Bənzər xəbərlər