Logo
    main-post-cover

    Keçmiş Yahoo CEO-su Dazzle ilə süni intellekt yarışına qayıdır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, keçmiş Yahoo CEO-su Marissa Mayer generativ süni intellekt dalğasında kənarda qalmaq niyyətində deyil. O, son altı ildə rəhbərlik etdiyi Sunshine adlı startapı bağlayaraq, Dazzle adlı yeni süni intellekt yönümlü layihəyə start verib.
    Marissa Mayer's New Startup Dazzle AI Raises $8 Million Seed Round
        Dazzle növbəti nəsil AI əsaslı şəxsi köməkçilərin hazırlanmasına fokuslanacaq. Mayer hələlik məhsulun konkret funksiyalarını açıqlamasa da, şirkətin $ 8 milyon həcmində seed investisiya cəlb etdiyini və $ 35 milyon dəyərlə qiymətləndirildiyini təsdiqləyib. İnvestisiya raunduna Forerunner Ventures fondunun qurucusu Kirsten Green liderlik edib. Raundda eyni zamanda Kleiner Perkins, Greycroft, Offline Ventures, Slow Ventures və Bling Capital da iştirak edib. Mayer öz vəsaitini yatırsa da, əsas lider investorun Kirsten Green olduğunu xüsusi vurğulayıb.
        Kirsten Green daha əvvəl Warby Parker, Chime və Dollar Shave Club kimi uğurlu istehlakçı brendlərini erkən mərhələdə dəstəkləməsi ilə tanınır. Onun Dazzle-a yatırımı süni intellektin artıq istehlakçı yönümlü məhsullarda kütləvi sıçrayışa hazır olduğunu göstərir. Mayer bildirib ki, Sunshine komandası Dazzle üzərində prototiplərə ötən yay başlayıb və bu ideya qısa zamanda əvvəlki layihəni həm miqyas, həm də potensial baxımından üstələyib.
    Qeyd edək ki, Sunshine 2018-ci ildə Lumi Labs adı ilə qurulmuş, lakin kontakt idarəetməsi və AI əsaslı foto paylaşımı kimi məhsullarla bazarda ciddi uğur qazana bilməmişdi. Şirkət bağlandıqdan sonra əvvəlki investorlar Dazzle-da 10 % pay əldə ediblər.
    Paylaş
    Bənzər xəbərlər