Logo
    main-post-cover

    Kənd təsərrüfatında süni intellekt və rəqəmsal həllər müzakirə olunub

        Kənd Təsərrüfatı Nazirliyində Estoniyanın rəqəmsal transformasiya təcrübəsinə həsr olunmuş təlim keçirilib. Tədbir FAO-nun dəstəyi ilə həyata keçirilib.
        Technote.az xəbər verir ki, təlimdə rəqəmsallaşma, süni intellektin tətbiqi və aqrar siyasətin monitorinqi mövzuları müzakirə edilib. Eyni zamanda təsərrüfatların dayanıqlılığının ölçülməsi üzrə beynəlxalq təcrübə təqdim olunub.
        Bildirilib ki, layihə çərçivəsində mövcud süni intellekt proqramının və Fermer Təsərrüfatlarının Məlumat Monitorinqi Sisteminin inkişafı nəzərdə tutulur. Bu, məlumat əsaslı idarəetmənin gücləndirilməsinə yönəlib.
        Nazirlik tərəfindən fermerlərin qiymətləndirmə sisteminin yaradılması istiqamətində işlər aparılır. Sistem resurslardan səmərəli istifadə edən və dayanıqlı təsərrüfatların müəyyənləşdirilməsinə xidmət edəcək.
        Qeyd olunub ki, süni intellekt kənd təsərrüfatında risklərin azaldılması və məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Texnologiyalar iqlim dəyişikliklərinə uyğunlaşmanı da dəstəkləyir.
        Təlim çərçivəsində rəqəmsal həllərin tətbiqi və siyasət alətlərinin effektivliyi üzrə təqdimatlar keçirilib. Layihə kənd təsərrüfatında innovativ və dayanıqlı sistemlərin inkişafına yönəlib.
    Paylaş