main-post-cover

    Kepler teleskopu Yupiterin 17 000 işıq ili uzaqlığında yerləşən əkizini aşkar edib

    Süni İntellekt
    04.04.2022
    Farid Pardashunas
        Alimlərin sözlərinə əsasən aşkar edilmiş K2-2016-BLG-0005Lb adlı yeni ekzoplanet demək olar Yupiterin kopyasıdır. Belə ki, sözügedən ekzoplanet təqribi olaraq Yupiterin sahib olduğu kütləyə sahibdir və onun öz ulduzu ilə arasındakı olan məsafə Yupiter ilə Günəş arasındakı məsafəyə yaxındır. Kepler teleskopu 2009-cu ildən 2018-ci ilə kimi ekzoplanetlərin axtarılması ilə məşğul olub. Teleskop vasitəsilə əldə edilmiş məlumatlar sayəsində astronomlar 3000-ə yaxın obyektə planet statusu veriblər və əlavə 3000 ədəd obyekt də öz təsdiqini gözləyir.
        Alimlər hələ də bu illər ərzində əldə edilmiş məlumatların analiz edilməsi ilə məşğuldurlar. Teleskop vasitəsilə 2016-cı il üzrə əldə edilmiş məlumatların araşdırılması zamanı alimlər 27 kosmik obyekt aşkar ediblər. Aşkar edilmiş bu obyektlər arasında onlar təsdiq ediblər ki, K2-2016-BLG-0005Lb adlı obyekt ekzoplanetdir və o, Yer kürəsindən 17.000 işıq ili uzaqlığında yerləşir. Alimlər təyin ediblər ki, sözügedən ekzoplanetin kütləsi Yupiterin kütləsindən 1.1 dəfə böyükdür və öz ulduzundan 4.4 AV (astronomik vahid / 1 AV = 149.597.870 km) məsafədə dövr edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yupiter ilə Günəş arasındakı orta məsafə 5.2 AV təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər