Kiçik ölçülü köstəbək yuvalarının nəzəri mövcudluqları sübut edilib

Kiçik ölçülü köstəbək yuvalarının nəzəri mövcudluqları sübut edilib

Süni zəka və Elm
11.03.2021 PAYLAŞIM

    Köstəbək yuvası adlı anlayış çox zaman fantastik fimlərdə və kitablarda rast gəlinir. Həmin filmlərdə və kitablardakı personajlar köstəbək yuvası vasitəsilə kainatın bir nöqtəsindən digər nöqtəsinə tez bir zamanda səyahət edə bilirlər. Məsələn "Interstellar" filminin əvvəlində baş qəhrəmanlar məhz köstəbək yuvasından istifadə edərək digər qalaktikaya yollanırlar. Lakin fizika nöqteyi nəzərdən zaman-məkanda ola biləcək bu cür potensial tunellər hələ də nəzəri xarakter daşıyırlar. Alimlərdən ibarət beynəlxalq komandanın təklif etdiyi yeni nəzəri model isə mikroskopik ölçülərdə də olsa köstəbək yuvasını riyazi mümkün edir. Bu barədə Phys.org sayt xəbər verib.

Qara dəliklər kimi köstəbək yuvalarına da Albert Eynşteyn-in Umumi nisbilik nəzəriyyəsində rast gəlmək olar. Ümumi nisbilik nəzəriyyəsinin əsas postulatı ondan ibarətdir ki, kainat dördölçülüdür. Üçü məkanı, biri isə zamanı əhatə edir. Birlikdə onlar zaman-məkan anlayışını yaradırlar.

    Zaman-məkan isə ulduzlar kimi böyük kütləli obyektlərin təsiri altında uzana və əyilə bilər. Zaman-məkan əyriliyi planetlərin, kosmik gəmilərin və işığın hərəkətlərini təyin edir. Alimlərdən birinin sözlərinə əsasən nəzəri cəhətdən zaman-məkanın əyrilməsi və uzanması üçün böyük kütləli obyektə ehtiyac yoxdur. Riyazi nöqteyi nəzərdən bu mümkündür. Lakin biz əsl köstəbək yuvasını hələ müşahidə etməmişik. Bundan əlavə olaraq bu cür köstəbək yuvası qeyri stabil olardı. Əgər onun daxilinə kosmik gəmi daxil olsaydı, o, qara dəliyə kimi sıxılardı.


Əvvəlki riyazi modellər göstərirdilər ki, köstəbək yuvasını açıq şəkildə saxlamağın yeganə yolu materiyanın mənfi kütləli ekzotik formasıdır. Yəni hec nəyin sahib olduğu çəkidən daha aşağı çəkili bir anlayış. Bu da nəzəri bir anlayışdır.

    Lakin Blazquez-Salcedo adlı alim öz həmkarları ilə birlikdə bu məhdudiyyətdən yan keçmə üsulunu tapıblar. Belə ki, onlar Ümumi nisbilik nəzəriyyəsini kvant nəzəriyyəsi klassik termodinamika nəzəriyyəsi ilə birləşdiriblər. Təqdim edilmiş yeni nəzəri modeldə alimlər güman ediblər ki, elektron kimi müəyyən elementar hissəciklər və onların elektrik cərəyanları materiya qismində köstəbək yuvasından keçə bilirlər. Modelin riyazi təsviri üçün onlar Dirak tənliyindən istifadə ediblər. Bu, Dirak sahəsi şəklində kvant nəzəriyyəsi ilə nisbilik nəzəriyyəsinə uyğun olaraq hissəciklərin paylanma sıxlıqlarının funksiyasını təsvir edən düsturdur.

Dirak sahəsinin alimlər tərəfindən yaradılmış modelə daxil edilməsi köstəbək yuvalarının mövcudluğunu güman edir.

    Lakin bu cür köstəbək yuvalarından materiya yalnız o halda keçə bilər ki, elektrik cərəyanı ilə köstəbək yuvasının kütləsi arasındakı nisbət müəyyən sərhəddən daha yüksək olsun. Zaman-məkanda potensial ola biləcək bu cür kiçik tunellərdən materiya ilə yanaşı həmçinin siqnal da keçə bilər. Buna misal olaraq elektromaqnit dalğalarını gətirmək olar. Təcrübi yollarla mövcudluqları hələ sübut edilməmiş bu nəzəri kosmik strukturlar təəssüflər olsun ki, hələki ulduzlararası səyahət üçün yaramırlar. Belə ki, onların ölçüləri çox kiçikdirlər. Lakin bu tapşırığın heç olmasa riyazi səviyyədə həll edilməsi sevindirici haldır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı mə..


Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı hey..


İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə edib..


Çinlilər digər analoqlardan 10 dəfə daha güclü olan yeni neyron şəbəkəsi yaradıb..

Süni zəka üzrə Pekin Akademiyasının mütəxəssisləri Wu Dao 2.0 adlı generativ deep learning neyron şə..


NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiy..

NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib. ..

×