Kompakt ölçülü termonüvə reaktorunda rekord temperaturlu plazma əldə olunub

Kompakt ölçülü termonüvə reaktorunda rekord temperaturlu plazma əldə olunub

Süni zəka və Elm
11.03.2022 PAYLAŞIM

    Britaniyanın Tokamak Energy şirkəti ST40 adlı kürə formalı tokamak (maqnit vasitəsilə plazmanın saxlanması üçün nəzərdə tutulmuş qurğu) daxilində plazmanın rekord temperaturunu əldə etdiyini bildirib. Belə ki, reaktorun işlək kamerasında plazma 100 milyon dərəcə Selsi temperatura kimi qızdırılıb. Bu, kommersiya məqsədli bu cür qurğuların istifadəyə verilməsi yolunda əldə edilmiş vacib nəticədir. Bu yolun davamlılığı sözsüz ki, növbəti 10 il ərzində davam edəcək. Lakin təmiz və sonsuz enerji mənbəyinin əldə edilməsi yolunda ilk uğurlu addımlar artıq atılır. Tokamak Energy şirkəti öz qurğusu ilə sübut etməyə çalışır ki, kompakt ölçülü və ucuz başa gələn termonüvə reaktorunu yaratmaq və istifadəyə vermək mümkündür.

ST40 adlı tokamak:


    4 il bundan öncə şirkət ST40 adlı tokamakın prototipini işə salmışdı və həmin vaxtda prototip daxilində plazma 15 milyon dərəcə Selsiyə kimi qızdırılmışdı. Həmin təcrübə nəticəsində əldə edilmiş məlumatların analizindən sonra şirkət qurğunu təkmilləşdirdi və indi onun sayəsində kürə formalı tokamaklar arasında rekord göstərici əldə edilib. Qeyd etmək lazımdır ki, toroid formalı termonüvə reaktorları üçün plazmanın 100 milyon dərəcə Selsiyə kimi qızdırılması rekord göstərici deyil. Lakin kürə formalı tokamaklar üçün bu çox vacib nailiyyətdir.

    Kürə formalı tokamaklar plazmanı maqnit sahəsinin daha aşağı induksiyası vasitəsilə saxlamağa imkan verirlər. Bu isə öz növbəsində qurğunun istifadəsi zamanı enerji qənaətinə imkan verir. Növbəti mərhələdə ST40 adlı tokamak yenidən təkmilləşdiriləcək və ST-HTS adını əldə edəcək. Tokamak konstruksiyasında reallaşdırılacaq əsas yenilik ondan ibarət olacaq ki, onda yüksək temperaturlu super keçiricilik özəlliyinə sahib materiallardan hazırlanmış elektromaqnitlərdən istifadə ediləcək. Şirkətin fikrincə bu öz növbəsində kommersiya məqsədli termonüvə reaktorunun prototipinin layihələşdirilməsinə yol açacaq. Əgər ST-HTS qurğusunun işə salınması bu onilliyin ortasında baş versə, növbəti onilliyin əvvəlinə kimi ilk təcrübi termonüvə qurğusunun işə salınmasını gözləmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər..

İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var...


Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qa..

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmaya..


Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən..

Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı ..


Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər..

Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni y..


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..

×