Koronavirus bitkilərin toz hissəcikləri vasitəsilə də yayıla bilir

Koronavirus bitkilərin toz hissəcikləri vasitəsilə də yayıla bilir

Süni zəka və Elm
23.06.2021 PAYLAŞIM

    Kiprdəki Nikosia Universitetinin fizikləri təsdiqləyiblər ki, bitki tozcuqları koronavirusun yayılmasına səbəb ola bilərlər. Tədqiqat çərçivəsində alimlər bitki tozcuqlarının yayılması üzrə kompüter modeli yaradıblar. Alimlər nümunə olaraq söyüdkimilər fəsiləsinə aid olan söyüd bitkisindən istifadə ediblər. Onlar zəif külək (saatda 4 km) halında 10.000 toz hissəciyi ifraz edən ağacın tam 3D modelini yaradıblar. Bundan əlavə olaraq alimlər hava axınının 11 nəfərdən ibarət insan qrupu və 100 nəfərdən ibarət olan insan qrupu ilə necə qarşılıqlı əlaqədə olmasını araşdırıblar. Nəticədə məlum olub ki, bitkilərin toz hissəcikləri hətta külək sürətinin minimal olduğu hallarda da koronavirusun yayılmasını sürətləndiriblər.

    Toz hissəcikləri SARS-CoV-2-ni 6 metr və daha uzaq məsafəyə yaya bilirlər. Adi hallarda sözügedən toz hissəcikləri 2 metrdən artıq məsafəni qətt etmirlər. “Havada bitkilərin tozcuq hissəciklərinin yüksək miqdarda olmaları və yaz fəsli zamanı baş verən çiçəklənmə halında 2 metr sosial məsafə tədbiri açıq havada insanların təhlükəsizlikləri üçün ideal həll üsulu deyil. Buna görə də dövlət orqanları sosial məsafə prinsiplərinə yenidən nəzər yetirməlidirlər” - deyə alimlər qeyd ediblər. Alimlər belə bir qənaətə gəliblər ki, bitkilərdən olan toz hissəcikləri ilə virusun kombinasiyası keçən ilin yay fəslində Avropanın bir sıra regionlarında və ABŞ-da COVID-19-un ani olaraq yayılmasına səbəb olmuş faktorlardan biridir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×