main-post-cover

    Köstəbək yuvalarının yaradılması üçün vacib ola biləcək əsas komponentin adı çəkilib

    Süni İntellekt
    31.10.2022
    Farid Pardashunas
        Materiya nədir? Bu, kainatın, Yer kürəsinin və hətta insanların tərkib hissələrini təşkil edən bütün maddələr hissəciklərdir. Adətən bütün materiya 3 vəziyyətdə ola bilir: Qaz, maye sərt. Lakin digər materiya növləri də var ki, onlar özlərini qaz, maye və ya sərt cisim kimi sərgiləmirlər. Materiyanın ən qeyri-adi növləri ekzotik materiya adlanırlar. Ekzotik materiya nədir və bu cür materiya vasitəsilə digər qalaktikalara səyahət üçün köstəbək yuvası (digər adı soxulcan dəliyi) yaratmaq mümkündürmü? Bu məsələyə Böyük Britaniyada yerləşən Hartfordşir Universitetinin müxtəxəssisi Carolyn Devereux aydınlıq gətirib. “Hal hazırda laboratoriya şəraitində ekzotik materiya yaratmaq mümkündür. Məsələn helium-4-ü (heliumun radioaktiv olmayan yüngül izotopu) həddindən aşağı temperatura kimi soyudan zaman çox soyuq helium əldə edilir və o, istənilən səth üzərində sürtünməsiz axa bilər. Ola bilsin ki, ekzotik materiya nə vaxtsa kosmosun bəzi sirlərini bizlərə açsın. Bundan əlavə olaraq bu cür materiya köstəbək yuvasının yaradılmasında əsas komponent ola bilər” - deyə Carolyn Devereux qeyd edib. Köstəbək yuvası nədir?

    Bu, fəzanı təhrif edərək kosmosdakı 2 müxtəlif yeri birləşdirən özünəməxsus tuneldir. İndiyənə kimi alimlər hələ bir dənə də köstəbək yuvası aşkar etməyiblər. Lakin bu cür ksomik obyektlərin mövcudluğu bizə məlum olan qravitasiya qanunları ilə uyğunlaşır.

        “Hələ 17-ci əsrin sonunda məşhur alim İsaak Nyuton bildirmişdi ki, bu və ya digər obyektin qravitasiyası onun kütləsi hesabına yaranır. Bu isə o deməkdir ki, materiya nə qədər böyük olarsa, obyekt tərəfindən yaradılan qravitasiya cazibəsi bir o qədər güclü olar. Lakin digər məşhur alim olan Albert Eynşteyn 20-ci əsrin əvvəlində insanların, qravitasiyanın necə yaranması barəsindəki təsəvvürlərini dəyişdi. Belə ki, Eynşteyn bildirmişdi ki, materiya fəzanı təhrif edir. Onun sözlərinə əsasən hərəkətdə olan bütün obyektlər həmin təhrif edilmiş fəza üzrə hərəkət edirlər və məhz bunun sayəsində qravitasiya effekti yaranır” - deyə Carolyn Devereux qeyd edib. Kainatda olan bütün obyektlər kimi Yer kürəsi də materiyadan ibarətdir və bu materiya öz ətrafnda olan fəzanı təhrif edir. Obyektlər Yer kürəsi ətrafında hərəkət edən zaman onlar təhrif edilmiş fəza üzrə hərəkət edirlər və həmin təhrif edilmiş fəza onları Yer kürəsinə düşməyə məcbur edir. Bu məhz qravitasiya adlanır. “Lakin fəzanın təhrif olunması zamana da təsir göstərir. Fəza nə qədər çox təhrif olunarsa, zaman da bir o qədər ləng axar. Zaman və fəza bir-birilə elə sıx əlaqədədir ki, kainatın müşahidəsi zamanı fəza-zaman anlayışından istifadə edilir” - deyə Carolyn Devereux əlavə edib.
        Onun fikrincə köstəbək yuvası məhz fəza-zamanın təhrif olunması nəticəsində ortaya çıxır. Bu elə bir şəkildə baş verir ki, nəticədə kosmosun iki müxtəlif sahəsi arasında özünəməxsus tunel formalaşır. Bu cür tunel 2 müxtəlif girişə sahibdir və həmin girişlər bir-birilərindən çox uzaq məsafədə yerləşə bilərlər. Köstəbək yuvasını necə yaratmaq olar? Carolyn Devereux-un sözlərinə əsasən kosmosun bu cür tunelləri ilə əlaqəli ola biləcək ekzotik materiya növlərindən biri də mənfi kütləli materiyadır. “Bizə məlum olan bütün materiya müsbət kütləyə sahibdir və o, digər materiyaya qravitasiya təsiri vasitəsilə cəzb edilir. Lakin mənfi kütləyə sahib olan materiya əksinə digər materiyanı özündən itələyəcək” - deyə Devereux bildirib. “Interstellar” filminin hazırlanmasında yaxından iştirak etmiş məşhur fizik Kip Thorne güman edir ki, mənfi kütləyə sahib olan materiya köstəbək yuvasının formalaşmasından sonra onun stabil vəziyyətdə qalması üçün lazımdır.
        “Lakin indiyənə kimi mənfi kütləyə sahib materiya aşkar edilməyib və bu cür materiyanın nə olduğu bilinmir. Buna baxmayaraq onu riyazi üsul vasitəsilə təsvir etmək olar. Bu halda bu cür ekzotik materiyanın özünü necə aparacağı barəsində anlayış yaranır” - deyə Devereux əlavə edib. Carolyn bildirib ki, köstəbək yuvasının nə olduğu ilə bağlı anlayışın mövcud olmasına baxmayaraq onu necə yaratmaq lazım olduğu məlum deyil. Bununla yanaşı ekzotik materiyanın bu cür kosmik tunelləri yarada bilib-bilməyəcəyi də bilinmir. “Hal hazırda köstəbək yuvaları uzun illər ərzində olduğu kimi fantastik janrda kitablar yazan yazıçılar tərəfindən istifadə edilir. Belə ki, köstəbək yuvası kosmosda uzun məsafələri qısa zaman ərzində qətt etmək üçün ideal üsuldur. Məsələn bizə ən yaxın olan ulduz Proksima Sentavra tez zamanda çatmaq üçün işıq sürəti ilə 4 il ərzində uçmaq lazımdır. Lakin bu indiki vaxtda mümkün olan bir şey deyil. Buna görə də sözügedən ulduza çatmaq üçün yüzlərlə il vaxt lazımdır. Əgər köstəbək yuvaları mövcuddurlarsa, bu cür uçuşun zamanını qat-qat aşağı salmaq olar. Lakin bu hələ ki, sadəcə bir fərziyyədir” - deyə Carolyn Devereux qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər