Külək və günəş energetikasının mövcud inkişaf templəri qlobal istiləşməni dayandıra bilməyəcəklər

Külək və günəş energetikasının mövcud inkişaf templəri qlobal istiləşməni dayandıra bilməyəcəklər

Süni zəka və Elm
20.10.2021 PAYLAŞIM

    Bərpa olunan enerjinin istehsal tempi ildən-ilə artır. Lakin ABŞ-dan, Avstriyadan və İsveçdən olan tədqiqatçılar dünyanın 60 ölkəsində külək günəş enerjisi tempinin artmasını analiz edəndən sonra belə qənaətə gəliblər ki, qlobal istiləşmənin 1.5 və hətta 2 dərəcə Selsi göstəricidə məhdudlaşdırılması üçün həmin ölkələr öz energetik sahələrini lazımi sürətdə yenidən qurmurlar. İqlim dəyişikliyi üzrə ölkələrarası mütəxəssislər qrupu temperaturun qlobal yüksəlməsi prosesini 1.5 və hətta 2 dərəcə Selsi göstəricidə məhdudlaşdırmağa imkan verə biləcək ssenariləri təyin ediblər. Təyin edilmiş ssenarilərdən çoxu bərpa olunan enerji mənbələrinin sürətli inkişaflarını tələb edir.

    Söhbət, bütün dünyada külək enerjisinin istehsal miqdarının illik 1.4%, günəş enerjisinin istehsal miqdarının isə illik 3% artırılmasından gedir. Lakin aparılmış tədqiqatlara əsasən bərpa olunan enerji mənbələrinin bu cür inkişaf tempi hələ heç bir ölkə tərəfindən reallaşdırıla bilməz. Dünyanın 60 ölkəsinin energetika sahəsinin vəziyyətinin analizi üçün istifadə edilmiş yeni riyazi üsullar sayəsində tədqiqatçılar aşkar ediblər ki, dəniz küləyinin maksimal artım tempi bütün dünyanın elektrik təchizatı miqdarının yalnız 0.8%-ni təşkil edir. Günəş enerjisi üçün isə bu göstərici 0.6%-dir.


    Bərpa olunan enerji mənbələrinin inkişaf templəri bir qədər yüksək sürətlə Portuqaliya, Çili və İrlandiya kimi kiçik ölkələrdə artır. Böyük ölkələrə gəldikdə isə onların arasında yalnız Almaniya iqlim stabilizasiyasına şərait yarada biləcək inkişaf templərinə nail ola bilib. Buna görə də qoyulmuş iqlim məqsədlərinə nail olmaq üçün bütün dünya yeni növ elektrostansiyaları Almaniyadakı sürətlə inşa etməlidir. Bununla yanaşı tədqiqatçılar bildiriblər ki, külək və günəş energetikasının inkişaf sürəti müəyyən limitə sahib ola bilər və bu səbəbdən də iqlim üzrə digər tədbirlərin istifadə imkanlarını sistematik analiz etmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..

×