Linq süni intellekt köməkçilərini iMessage-ə gətirmək üçün 20 milyon dollar topladı
Süni İntellekt
02.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin Alabama ştatının Birmingem şəhərində yerləşən Linq startapı süni intellekt köməkçilərinin birbaşa mesajlaşma tətbiqləri daxilində işləməsini mümkün etmək üçün 20 milyon dollar investisiya cəlb edib.
Əvvəlcə rəqəmsal vizit kartı və satış komandaları üçün lead toplama aləti kimi fəaliyyətə başlayan Linq, sonradan bir neçə dəfə biznes modelini dəyişib. Şirkət 2025-ci ilin əvvəlində SMS-dən iMessage və RCS-ə keçidi asanlaşdıran API təqdim edərək bazarda real məhsul, bazar uyğunluğu əldə edib. Hazırda Apple Messages for Business, Twilio isə SMS əsaslı kommunikasiya həlləri təklif etsə də, Linq-in fərqi ondan ibarətdir ki, şirkətlər müştərilərlə “mavi baloncuk” (blue bubble) formatında, yəni adi iMessage istifadəçisi kimi ünsiyyət qura bilir. Bu isə yazışmalara daha çox etibar və “real insan” effekti qatır.
Linq-in diqqətini süni intellekt agentləri bazarına yönəltməsinə isə iMessage daxilində işləyən və tapşırıqları yerinə yetirən “Poke” adlı AI köməkçi səbəb olub. Poke-un viral olması Linq-in API-sinə böyük maraq yaradıb və bir çox AI şirkəti öz çatbotlarını birbaşa iMessage, RCS və SMS üzərindən təqdim etmək istəyib.
Paylaş