
Linux-un atası Torvalds-ın sözlərinə görə, süni intellektin 90%-i marketinq, 10%-i isə reallıqdır!
Süni İntellekt
31.10.2024
Aslan
Texnologiya dünyasının önəmli simalarından olan Linus Torvalds, süni intellekt haqqındakı düşüncələrini açıqlayıb. Linux-un yaradıcısı süni intellektin böyük bir hissəsinin sadəcə marketinq şişirtməsindən ibarət olduğunu düşünür.
Açıq sözlülüyü ilə tanınan Torvalds, süni intellekt sahəsində realist olmayan gözləntilər yaradıldığını və bunun həqiqi inkişafları kölgədə qoyduğunu düşünür. Linux-un yaradıcısı, hazırkı süni intellekt sənayesini “90% marketinq, 10% reallıq” kimi dəyərləndirib. Digər tərəfdən, Torvalds süni intellektin dünyanı dəyişdirmə potensialını qəbul edir. Onun fikrincə, bu sahədəki həddindən artıq şişirdilmə süni intellekt sənayesindəki əsl nailiyyətləri kölgədə qoyur. Bundan əlavə, yüksək dozdakı marketinq yarışı süni intellekti ciddiyə almağı çətinləşdirdiyini bildirir.
Linus Torvalds bu barədə “Süni intellektin həqiqətən maraqlı olduğunu və dünyanı dəyişdirəcəyini düşünürəm. Amma bu şişirdilmiş dövrə o qədər narahatlıq yaradır ki, məsafə saxlamağı üstün tuturam” deyə bildirib. Torvalds ehtiyatlı nikbinlik nümayiş etdirərək, “5 il ərzində süni intellektin gündəlik işlərimizdə daha çox yer alacağını görəcəyik” ifadələrini işlədib. Torvalds, öz fikirlərini müasir süni intellektin bəzi güclü tərəflərinə toxunaraq yekunlaşdırıb. O, “Xüsusilə ChatGPT, qrafik dizayn kimi sahələrdə təsirli nəticələr göstərir” deyərək bu texnologiyanın müsbət tərəflərini vurğulayıb.

Baidu-nun CEO-su Robin Li də qısa müddət öncə oxşar istiqamətdə açıqlama verib. Təcrübəli menecer süni intellektin hazırda bir balon olduğunu və bu balonun tezliklə partlayacağını söyləyib. Li-yə görə, proqnozlaşdırılan partlayışdan sonra süni intellekt sahəsindəki şirkətlərin yalnız 1%-i ayaqda qalacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
