Ludens AI insanla bağ quran robotlarını nümayiş etdirdi
Süni İntellekt
05.01.2026
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Ludens AI CES 2026 sərgisində iki yeni robotunu təqdim edib. Sərgidə əsas diqqət humanoid və funksional robotlara yönəlsə də, Ludens AI fərqli istiqamət seçərək insanlara emosional yoldaşlıq edən robotları ön plana çıxarıb.
Bu robotlardan birincisi Cocomo adlanır. Cocomo evdə sahibini izləyə bilən, səsə və toxunuşa reaksiya verən avtonom robot-petdir. Yumru, yumurta formalı və tüklü gövdəsi var. CES-də nümayiş olunan versiya narıncı kostyum və qulaqları ilə ayı balasını xatırladır. Təkərli baza üzərində hərəkət etsə də, istəyə görə qucaqda daşınması üçün kiçik ayaqları da mövcuddur.
Cocomo-nun ən maraqlı xüsusiyyətlərindən biri temperaturudur. Robotun səthi insan bədəninə yaxın, təxminən 36,6°C saxlanılır və qucaqlama kimi intensiv təmas zamanı bu göstərici 39°C-yə qədər yüksələ bilir. Robot sözlərlə danışmır, əvəzində müxtəlif səslər, mırıltılar və jestlərlə ünsiyyət qurur. Şirkət bildirir ki, Cocomo zamanla sahibinə uyğunlaşaraq emosional bağ yaradır və davranışları öyrənir. Ludens AI Cocomo üçün hələlik qiymət və satış tarixini açıqlamayıb, lakin yaxın zamanda kraudfandinq kampaniyası üçün gözləmə siyahısı açılacaq.
Paylaş