main-post-cover

    Maliyyə və istehsalat işçilərinin 60%-i süni zəka ilə əvəzlənəcəklərindən narahatdır

    Süni İntellekt
    14.07.2023
    Emil Nəcəfov
        İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) süni zəkanın qlobal əmək bazarına təsirini analiz edib. Bu istiqamətdə OECD təşkilata üzv olan ölkələrdən yeddisinin maliyyə və istehsalat sahələri üzrə 2000-dən çox işəgötürən və 5300 nəfər işçi arasında sorğu keçirdib. Məlum olub ki, sorğuda iştirak etmişlərin arasında hər 5 işçidən 3-ü yaxın 10 il ərzində özlərinin süni zəka ilə əvəzlənəcəklərindən narahatdır. Sorğuda iştirak etmişlərin arasında hər 5 nəfərdən 2-si isə süni zəka ilə bağlı əmək haqqının aşağı salınması ehtimalından narahatdır.
        OECD-ə üzv olan ümumi 38 ölkədə avtomatlaşdırmaya məruz qalma riskinə sahib iuş yerlərinin payına ümumi işçi qüvvəsinin 27%-i düşür. İş yerlərinin avtomatlaşdırılması riski ilə daha çox qarşı-qarşıya Şərqi Avropa ölkələri qalıblar. Bura o cümlədən Macarıstan, Slovakiya, Çexiya və Polşa da daxildirlər. Digər tərəfdən sorğuda iştirak etmiş şəxslərin 63%-i bildirib ki, süni zəka onların öz işlərindən daha çox zövq almalarına səbəb olub. Belə ki, süni zəka bəzi iş yterlərindəki rutin prosesləri lazımi səviyyədə yerinə yetirə bilir. Sorğuda iştirak etmiş hər 10 nəfərdən 8-i bildirib ki, onların iş performansı göstəriciləri artıb. Sorğuda iştirak etmişlərin 50%-dən bir qədər çoxu isə bildirib ki, onların psixoloji sağlamlıqları qaydasına düşüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər