main-post-cover

    Malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksin preparatı təsdiqlənib

    Süni İntellekt
    08.10.2021
    Farid Pardashunas
        Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksininin istifadəsinə razılıq verib. Qeyd etmək lazımdır ki, hər il bu xəstəlikdən yüz minlərlə uşaq həyatını itirir. Malyariyaya qarşı yaradılmış ilk vaksinin testinin son mərhələsi 2019-cu ildən aparılırdı. Bu müddət ərzində vaksin Qanadan, Keniyadan və Malavidən ümumilikdə 800.000 uşağın üzərində testdən keçib. Mütəxəssislər vaksinin yaradılması üzərində 30 il çalışıblar.

    “Bu, tarixi hadisədir. Malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksin preparatının təsdiqlənməsi elm, uşaqların səhhətləri və malyariya ilə mübarizə sahələrində inqilabi haldır” - deyə ÜST-ün rəhbəri Tedros Adhanom bildirib.

        Qeyd etmək lazımdır ki, hazırlanmış vaksin xəstəlik hallarının yalnız 39%-də effektivliyini sərgiləyib və 29%-də xəstəliyin ağır formada keçməsi ehtimalının aşağı salınmasına yardımçı olub. Lakin buna baxmayaraq, vaksinin malyariya xəstəliyinə qarşı müxtəlif dərman preparatları ilə birlikdə istifadəsi nəticəsində xəstələrin xəstəxanalara yerləşdirilmələri və onların ölümcül halları 70%-ə enir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə Afrikada malyariya xəstəliyindən 386.000 insan həyatını itirmişdi. Adətən malyariya xəstəliyinin qurbanları balaca uşaqlar olurlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər