
Mark Zuckerberg ilə Sam Altman Avropa Birliyində süni zəkanın dövlət səviyyəsində tənzimlənməsinə razı olublar
Süni İntellekt
25.06.2023
Emil
Meta şirkətinin CEO-su Mark Zuckerberg və OpenAI şirkətinin CEO-su Sam Altman Avropa Birliyinin daxili bazar məsələlərindən cavabdeh olan komissarı Thierry Breton tərəfindən süni zəka texnologiyalarının dövlət səviyyəsində nəzarət altına alınması ilə bağlı irəli sürülən tədbirləri dəstəklədiklərini bildiriblər. Məlumatda qeyd edilib ki, Zuckerberg ilə Breton arasında baş tutmuş görüşdə süni zəka texnologiyalarının dövlət səviyyəsində tənzimlənməsi məsələsi razılaşdırılıb. Bu məsələyə öz dəstəyini həmçinin OpenAI şirkətinin CEO-su Sam Altman da bildirib. “Biz sizlərlə əməkdaşlığa ümid edirik. Bu əməkdaşlıq Avropada Avropa qanunlarının tələblərinə uyğun olacaq xidmətlərin istifadəyə verilməsini mümkün edəcək” - deyə Sam Altman Breton-a bildirib.
Paylaş
Bənzər xəbərlər