Logo
    main-post-cover

    Marsda həyat forması üçün yeni münbit şərait izləri aşkar edilib

        Alimlərin vermiş olduqları yeni məlumata əsasən Marsda fəaliyyət göstərən Curiosity aparatı uzaq keçmişdə planetdə mövsümi sel daşqınlarının olduqlarına işarə edən izləri aşkar edib. Bu cür proses isə bioloji həyat növünün formalaşmasına istiqamətlənmiş münbit şəraitin yaranmasına səbəb olan proseslərdəndir. Müasir alimlərin əksəriyyəti düşünür ki, uzaq keçmişdə Marsda həqiqətən də su mövcud olub. Lakin Marsda suyun hansı vəziyyətdə olması mövzusunda alimlər arasında fikir ayrılığı yaranır. Alimlərin bir hissəsi düşünür ki, uzaq keçmişdə Marsda göllər və okeanlar mövcud olub, digər hissəsi isə düşünür ki, planetdə buz çöküntüləri olub və planetin səthində suya maye şəklində nadir hallarda rast gəlinib.
        Marsın müxtəlif regionlarında müxtəlif dövrlər üçün bu hər iki fərziyyə həqiqəti əks etdirə bilər. Alimlərin təqdim etmiş olduqları yeni məlumatlarda uzaq keçmişdə Marsın minimum bir regionunda mövsümi sel daşqınlarının olduqları qeyd edilib. Bu cür proseslər bioloji həyat növünün yaranması üçün lazım olan molekulların təbii yolla formalaşmasında helledici rol oynamış ola bilərlər. Digər tərəfdən lazımi molekulların olması bioloji həyat növünün inkişafı üçün mühüm olan şərtlərin dəqiq şəkildə mövcudluqları demək deyil. Məlumatda qeyd edilib ki, Mars səthində fəaliyyət göstərən Curiosity aparatı bir neçə sm enə və təqribi olaraq 10 sm dərinliyə sahib 6 bucaq formalı daş çöküntülərini aşkar edib. Bu cür çöküntülər Marsda palçığın qurumusı hesabına formalaşıblar.
        Alimlərin fikirlərinə əsasən həmin daş çöküntülərin formalaşmasında mühüm rol oynadığı güman edilən su ya səth üzərində sel daşqını şəklində olub, ya da bu məsələdə qrunt suları rol oynayıblsar. Mütəxəssislər hesab edirlər ki, daş çöküntülərinin böyük ölçüdə olmamaları səth üzərində sel daşqınlarına işarə edirlər. Çöküntülərdə olan çatlardakı daşlar kalsium sulfatlar ilə maqnezium qarışığından ibarətdirlər. Onlar isə adətən suyun quruması zamanı çöküntü halına gəlirlər. Bu cür proseslər Marsda suyun vulkanik aktivlik hesabına buzlaqların əriməsi sayəsində formalaşdığı fərziyyəsini aradan qaldırır. Bu proseslər daha çox müvsümi sel daşqınlarının məhsulları kimi qiymətləndirilir. Bu yeni araşdırma bir daha ona işarə edir ki, uzaq keçmişdə Marsda bioloji həyat növü üçün münbit şərtlərin olması ehtimalı yüksəkdir.
    Paylaş
    Bənzər xəbərlər