Marsda potensial bioloji həyat növünün bəxti əvvəldən gətirməyib
Süni İntellekt
26.10.2023
Emil Nəcəfov
NASA-nın Marsda fəaliyyət göstərmiş InSight adlı aparatı tərəfindən əldə edilmiş məlumatların yeni analizi belə bir nəticəyə gəlməyə imkan verib ki, alimlər Marsın daxili quruluşu mövzusunda yalnış təsəvvürlərə sahib olublar. Yer kürəsindən sonra Mars Günəş sisteminin ikinci kosmik obyektidir ki, biz onun daxili strukturunu bu və ya digər səviyyədə birbaşa müşahidə edə bilirik. Biz hələ bu planetdə insanlar tərəfindən qazıntının aparılması mərhələsinə çatmasaq da, planetdə baş verən zəlzələlər və onun səthinə düşən meteoritlər onun geoloji strukturu barəsində təsəvvürlərin formalaşmasına yardımçı olurlar.
NASA-nın InSight adlı aparatı Marsın seysmik aktivliyi barəsində məlumatları 2018-ci ilin dekabr ayından yığmağa başlamışdı. Aparatın Marsa eniş etdiyi andan sonrakı 1 il ərzində o, 170 dəfə zəlzələ hadisəsini qeydiyyata alıb. Bu məlumatlar əsasında isə alimlər planetin nüvəsinin, mantiyasının və qabığının ölçülərini təyin edə biliblər. Alimlər belə nəticəyə gəldilər ki, Mars öz ölçüsünə görə böyük nüvəyə sahibdir. Belə ki, nüvənin radiusu 1830 km təyin edilmişdi. Marsın öz radiusu isə 3390 km təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinin nüvəsinin ölçüsü daha kiçikdir.
Buna görə də Mars elmi müşahidələr üçün çox cəlbedici kosmik obyekt sayılır. İndi isə Fransa və İsveçrədən olan alimlər InSight tərəfindən əldə edilmiş məlumatları daha detallı şəkildə analiz ediblər və belə nəticəyə gəliblər ki, Mars nüvəsinin ətrafında ərimiş silikatlardan təşkil edilmiş 150 km-lik okean mövcuddur. Əgər bu məlumat həqiqəti əks etdirirsə, deməli Marsın nüvəsinin ölçüsü reallıqda bir qədər kiçikdir. Söhbət, 1650-1675 km-lik radiusdan gedir. Bundan əlavə olaraq nüvə ilə mantiya arasında ərimiş siolikatlar okeanının yerləşməsi Yer kürəsi ilə müeqayisədə Marsın daha fərqli geoloji inkişafa sahib olduğunu göstərir.
Belə ki, bu faktor nüvənin soyuması prosesini ləngidib və məhz bu səbəbə görə uzaq keçmişdə planetdə maqnit sahəsinin yaranması mümkün olmayıb. Maqnit sahəsinin yaranmaması isə planetin səthində ola biləcək bioloji həyat növünün inkişafı üçün heç bir şans buraxmayıb. Sözügedən fakt Marsda bioloji həyat növünün axtarılması üsulunu kökündən dəyişə bilər. Belə ki, əgər Marsda əvvəlcədən maqnit sahəsi yox idisə deməli bioloji həyat növü onun daha sonradan itməsi nəticəsində məhv ola bilməzdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!