main-post-cover

    Marsda suyun təsirinə məruz qalmış dağ süxurları tapılıb

    Süni İntellekt
    01.09.2022
    Farid Pardashunas
        Artıq il yarımdır ki, Perseverane aparatı Mars səthindəki Jezero kraterinin müşahidəsi ilə məşğuldur. Son zamanlar sözügedən aparatın diqqəti bir vaxtlar bu kraterdə mövcud olmuş çay deltasına yönəlib. Alimlər öz yeni məqalələrində Perseverance aparatının Mars səthində qədim həyat növünün axtarışı üzrə aparılan işlərin ilk hesabatlarını təqdim ediblər. Onların fikirlərinə əsasən Mars planetində nə vaxtsa həyatın mövcud olub-olmaması sualının cavabı dağ süxurları nümunələrində gizlənib. Qeyd etmək lazımdır ki, Perseverance aparatı artıq həmin dağ süxurlarının müəyyən nümunələrini əldə edib. Məlumatda qeyd edilib ki, dağ süxurları suyun təsiri altında kimyəvi dəyişikliklərə məruz qalıblar. Perseverance aparatı Jezero kraterindən hələ ki, 12 ədəd nümunə əldə edib.

    Alimlərin fikirlərinə əsasən milyardlarla il bundan öncə Jezero kraterində göl mövcud olub. Buna görə də alimlər güman edirlər ki, sözügedən kraterdən əldə edilmiş dağ süxuru nümunələri Marsda nə vaxtsa həyat növünün mövcud olub-olmadığı sualına dəqiq cavab verməyə yardımçı olacaqlar.

        Alimlər bu suala dəqiq cavabı 2033-cü ildə əldə edə biləcəklər. Belə ki, Perseverance tərəfindən əldə edilmiş nümunələr məhz həmin ildə Yer kürəsinə çatdırılacaq. Dağ süxuru nümunələrininin Yer kürəsinə çatdırılması missiyası NASA Avropa Kosmik Agentliyi ilə birlikdə reallaşdırılacaq və həmin missiya Mars Sample Return adını əldə edəcək. Plana əsasən nümunələrin Yer kürəsinə çatdırılması üçün nəzərdə tutulmuş kosmik aparatlar Marsa 2027-ci ildə göndəriləcək. Florida Dövlət Universitetinin mütəxəssisi Amy Williams-ın sözlərinə əsasən aparat tərəfindən yığılmış dağ süxuru nümunələri vaxtı ikən suyun təsirinə məruz qalıb və nəticədə onlarda karbonatlar, dəmir oksidləri duzlar əmələ gəlib.

    Bu cür kimyəvi tərkib Marsda potensial olaraq mövcud olmuş mikroorqanizmlər tərəfindən həyatın dəstəklənməsində istifadə edilmiş ola bilər.

        Perseverance tərəfindən əldə edilmiş məlumatlar onu göstərir ki, Jezero kraterinin dibi alimlərin düşündüklərindən daha çox eroziyaya məruz qalıb. Belə ki, onun dibi təkcə çöküntü süxurlar ilə deyil, həmçinin vulkanik süxurlar ilə də zəngindir. Amy Williams-ın sözlərinə əsasən suyun təsiri ilə dəyişmmiş minerallar və süxurlar özlərində Marsdakı qədim mikrob həyatın izlərini gizlətmiş ola bilərlər. Bəlkə də Marsda hələ də mikrob həyat növü mövcuddur. Belə ki, Yer kürəsində eyni şəraitlər altında mövcud olan mikroblar var. “Marsda suya gəldikdə isə biz düşünürük ki, o, qırmızı planetdə təqribi olaraq 3.8-3.5 milyard il bundan öncə mövcud olub və planetin səthində bir neçə on milyon il ərzində qalıb” - deyə Amy Williams qeyd edib. Alimin sözlərinə əsasən Jezero kraterindən olan dağ süxuru nümunələrinin Yer kürəsində analizi Marsda suyun nə zaman yoxa çıxdığı barəsində suala cavabın verilməsinə yardımçı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər