main-post-cover

    Marsdakı Perseverance aparatı qədim həyat növünün axtarışını aparacağı təyinat nöqtəsinə çatıb

    Süni İntellekt
    20.04.2022
    Farid Pardashunas
        Mars səthində fəaliyyət göstərən Perseverance aparatı yadplanetli həyat növünün axtarışı üzrə əsas missiyasının vacib mərhələsinə çatıb. Belə ki, aparat 45 km-lik diametrə sahib Jezero kraterinin qədim Mars çayının deltası hesab edilən hissəsinə çatıb. Təyinat nöqtəsinə çatmasını aparat çoxlu sayda çəkilmiş foto ilə qeyd edib. Çəkilmiş fotolardan 64 ədədi vasitəsilə isə aşağıdakı panoram foto hazırlanıp. Missiyaya rəhbərlik edən alimlərin sözlərinə əsasən kraterin bu hissəsi Perseverance aparatı üçün mühüm geoloji region rolunda çıxış edir və aparat tərəfindən qədim həyat növünün tapılma şansı daha da yüksəlir. Yaxın zamanda NASA mütəxəssisləri tədqiqatlar üçün prioritetli obyektlərin fotolarını Perseverance-dakı kamera vasitəsilə çəkəcəklər.
        Qeyd etmək lazımdır ki, Perseverance aparatı Jezero kraterinə keçən ilin fevral ayında eniş etmişdi. Alimlərin sözlərinə əsasən həmin kraterdə milyardlarla il bundan öncə göl və çay deltası mövcud olub. Bu isə o deməkdir ki, sözügedən region qədim həyat növünün və ya onun qalıqlarının axtarışı üçün idealdır. Yaxın həftələrdə aparat uyğun tədqiqat yerlərinin təyin edilməsi üçün araşdırmalar aparmağa başlayacaq. Reallaşdırılacaq missiya Delta Front adını əldə edib. Yaxın 6 ay ərzində aparat çay deltasının ucqar nöqtəsinə çatacaq və daha sonra geri qayıdacaq. Bu müddət ərzində isə o, 8 dəfə süxur nümunələrini yığacaq. Alimlər qədim həyat növünə işarə edə biləcək faktorları daşlarda axtarmağa çalışacaqlar. Güman olunur ki, uzaq keçmişdə həmin daşlar Jezero gölünün dərinliklərindəki lil rolunda çıxış ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər