Marsdakı qədim mikroblar özlərinin səbəb olduqları iqlim dəyişiklikləri səbəbilə məhv olmuş ola bilərlər

Marsdakı qədim mikroblar özlərinin səbəb olduqları iqlim dəyişiklikləri səbəbilə məhv olmuş ola bilərlər

Süni zəka və Elm
11.10.2022 PAYLAŞIM

    Parisdə yerləşən Institut de Biologie de l’Ecole Normale Superieure (IBENS) adlı institutun kompüter modelləşdirməsi vasitəsilə aparmış olduğu yeni tədqiqata əsasən Marsdakı qədim mikroblar planetdəki münbit şəraiti yararsız hala gətirmiş ola bilərlər. Bu isə öz növbəsində qədim mikrobların iqlim dəyişiklikləri səbəbilə məhv olmalarına səbəb olmuş ola bilər. Aparılmış yeni tədqiqata əsasən güman edilir ki, hidrogen ilə qidalanan və CO2 qazını ifraz edən sadə mikroorqanizmlər 3.7 milyard il bundan öncə Marsda inkişaf etmiş ola bilərlər. Təqribi olaraq həmin vaxtlarda Yer kürəsinin okeanlarında primitiv həyat növü inkişaf etməyə başlayıb. Bununla belə Yer kürəsində bu inkişaf prosesinin daha qəliz canlı növlərin yaranmalarına səbəb olduğu halda Marsda əksinə hər şey pessimist ssenari üzrə inkişaf edib. Belə ki, Yer kürəsində ifraz edilmiş metan qazı atmosfer temperaturunun yüksəlməsinə səbəb olduğu halda Marsda əksinə atmosfer temperaturu daha da aşağı düşüb. Bu isə öz növbəsində Marsdakı mikrobların planet səthinin daha dərin qatlarına enmələrinə səbəb olmuş ola bilər.

Fransız alimlərin məlumatlarına əsasən 3.7 milyard il bundan öncə Marsda olduqca ilıq və rütubətli iqlim şəraiti mövcud olmuş ola bilər. Söhbət, -10 dərəcə Selsidən +20 dərəcə Selsiyə qədər olan temperaturdan gedir.

    Məlumatda qeyd edilib ki, bu səbəbdən Mars səthində göllər, çaylar və hətta okean da mövcud ola bilərmiş. Lakin həmin vaxtda planetin atmosferi Yer kürəsinin atmosferindən daha fərqli olub. Belə ki, Mars atmosferi Yer kürəsinin atmosferi kimi sıx olsa da, bizim planetin atmosferindən fərqli olaraq daha çox CO2 və hidrogen qazları ilə zəngin olub. Bu qazlar isə öz növbələrində planet səthində parnik effektini yaradıblar. Bununla belə Marsda potensial mövcud olmuş qədim bakteriyalar metan ifraz edərək atmosferdəki CO2 və hidrogen balansını dəyişmiş ola bilərlər. Nəticədə planetin iqlimi daha soyuq olmağa başlayıb. Məsələ burasındadır ki, atmosferdə bir-biri ilə qarşılıqlı əlaqədə olan CO2 ilə hidrogen kombinasiyası iqlimin istiləşməsinə səbəb olan xüsusi şərtlər yaradırlar. Yer kürəsində bu cür proses mümkün deyil. Belə ki, Yer kürəsinin atmosferi sözügedən qazlar ilə zəngin deyil. Nəticədə Mars atmosferində hidrogen metan ilə əvəzlənib. Metan isə parnik effektinin yaranması üçün heç də əlverişli deyil.


Bu səbəbdən də uzaq keçmişdə Marsın atmosferi soyumağa başlayıb. Soyuqlaşma prosesi səbəbilə planetdəki su ehtiyatı buza çevrilib, planetin səthindəki temperatur isə -60 dərəcə Selsi aşağı düşüb.

    Bu öz növbəsində mikrobları planet səthinin qat-qat aşağı laylarına köçməyə məcbur edib. Mütəxəssislər tərəfindən aparılmış kompüter modelləşdirməsinə əsasən əgər daha öncə mikroblar planetin toz səthinin alt hissəsində yaşayıblarsa, daha sonra onlar 1 km-dən daha çox dərinliyə enməli olublar. Fransız alimlər Marsda qədim mikrobların planet səthinin alt hissəsində potensial izlərinin mövcud ola biləcəkləri 3 yeri təyin ediblər. Jezero krateri və Ellada ilə İsid düzənlikləri. Qeyd etmək lazımdır ki, NASA-nın Perseverance aparatı məhz Jezero kraterində yerləşir və orda tədqiqatlar aparır. Ellada ilə İsid düzənliklərinə gəldikdə isə yüksək dağlıq ərazilərdən fərqli olaraq bu cür düzənliklərin dərinliklərində iqlim adətən daha istidir. Buna görə də həmin düzənliklərdə qədim həyat növünün izlərini aşkar etmək potensialı daha yüksəkdir. Bununla yanaşı alimlər ehtimal edirlər ki, mikroorqanizmlər hələ də planetin qabığında mövcud ola bilərlər. Məlumatda qeyd edilib ki, Mars uzaq keçmişdə öz atmosferini itirdiyi üçün mikroorqanizmlər planetin dərinliklərində digər qida növlərinə keçid etmiş ola bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×