Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Marsın Cənub qütb regionunda yeraltı göl mövcud ola bilər

Süni zəka və Elm
03.10.2022 PAYLAŞIM

    Alimlər artıq uzun illərdir ki, Marsda maye şəklində su tapmağa ümid edirlər. Bu cür kəşf öz növbəsində sözügedən planetdə bioloji həyat növünün tapılmasına yeni ümid verəcək. Bu məsələdə ən potensial axtarış yeri Marsın Cənub qütbü hesab edilir. Belə ki, Marsın Cənub qütbündə mövcud olan buz örtüyünün alt hissəsində maye şəklində su mövcud ola bilər. Köhnə məlumatların aparılmış yeni analizi onu göstərib ki, Marsdakı bütün geoloji proseslərin fiziki modellərində Cənub qütbündəki buz örtüyünün alt hissəsində gölün mövcud olduğu ehtimalı çox yüksəkdir. Kembric Universitetinin alimi Neil Arnold-un rəhbərliyi altında olmuş digər alimlərdən ibarət beynəlxalq komanda öz yeni elmi məqaləsində sübut edir ki, Marsın Cənub qütbü sahəsində uzunluğu 30 km olan yeraltı göl mövcuddur. Sözügedən regionda yeraltı gölün mövcud olma ehtimalı üzrə ilk sübutlar Avropa Kosmik Agentliyinin (EKA) Mars Express adlı kosmik aparatı vasitəsilə 2018-ci ildə əldə edilmişdi.

    Kosmik aparatın reallaşdırmış olduğu skan prosesi onu göstərmişdi ki, Mars səthinin alt hissəsinin müəyyən sahəsi siqnalı elə şəkildə əks etdirir ki, sanki orda maye şəklində su mövcuddur. Bu il isə digər alimlər öz tədqiqatları çərçivəsində qeyd etmişdilər ki, sudan əks olunduğu fərz edilən siqnalı doğru fakt kimi qəbul etmək olmaz. Belə ki, vulkanik süxurlar da bu cür özəlliyə sahib olurlar. Lakin Marsın bu regionunu təkcə Mars Express aparatı izləmir. Hələ bir neçə müddət bundan öncə NASA-nın Mars Global Surveyor adlı aparatı həmin regionun yüksək detallı fotolarını çəkmişdi. Beləliklə aparat tərəfindən əldə edilmiş məlumatlara əsasən Marsda mövcud olduğu fərz edilən yeraltı gölün yerləşdiyi sahənin səthi Antarktidanın Şərq adlı ən böyük buzaltı gölünün yerləşdiyi sahənin səthini xatırladır. Marsda güman olunan yeraltı gölün yerləşdiyi sahənin səthindəki buzlaqlar Yer kürəsində olduğu kimi dalğavari xarakterə və müxtəlif hündürlüklərə sahibdirlər.


    Yerüstü səthdə buz “dalğalar”ı maye suyun buz altındakı hərəkəti nəticəsində yaranır. Bu halda su alt hissədən buza qeyri-bərabər şəkildə təzyiq göstərir. Yer kürəsində proses məhz bu cür baş verir. Bu məlumatlar əsasında alimlər müxtəlif dəyişənlərdən istifadə edərək Marsın sözügedən regionunun yeni analizlərini aparıblar. İstifadə edilmiş dəyişənlər arasında su və ya buz tərəfindən yaranan yeraltı sürtünmə, fərz edilən yeraltı gölün müxtəlif dərinlik göstəriciləri, Mars səthinin alt hissəsindəki geotermal istiliyin miqdarı və s. olub. İstifadə edilmiş dəyişənlərin kombinasiyalarından asılı olmayaraq əldə edilmiş bütün fiziki modellər planetin Cənub qütbü regionunda yeraltı maye suyun olduğunu göstərib. “Əldə edilmiş bütün məlumatların bir yerdə verdikləri nəticə ondan ibarətdir ki, Marsda buzaltı maye suyun mövcud olduğu minimum bir ərazi var” - deyə Neil Arnold qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×