Marsın peyklərindən biri olan Fobos Mars ilə toqquşacaq: Bu, nə zaman baş verəcək?

Marsın peyklərindən biri olan Fobos Mars ilə toqquşacaq: Bu, nə zaman baş verəcək?

Süni zəka və Elm
28.04.2022 PAYLAŞIM

    NASA mütəxəssislərinin fikirlərinə əsasən Marsın Fobos adlı peyki planet ətrafındakı dövretmə trayektoriyasını olduğu kimi saxlasa, nəticədə o, Mars ilə toqquşacaq. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Fobos peyki Mars ətrafında dövr edən zaman onun qravitasiyası Marsın daxili hissəsinə kiçik təsir göstərir. Nəticədə Mars qabığında və mantiyasında olan dağ süxurları dəyişikliyə məruz qalırlar. Eyni zamanda Marsın qravitasiyası ləng şəkildə Fobosun trayektoriyasını dəyişir. Alimlərin fikirlərinə əsasən Fobos bir neçə 10 milyon ildən sonra Mars ilə toqquşacaq.

    Bu toqquşmanın yaxın gələcəkdə baş verməyəcəyina baxmayaraq alimlər əmindirlər ki, başqa variant yoxdur. Gec və ya tez bu hadisə baş verəcək. Buna baxmayaraq alimlər Fobosun mövcudolma dövrünün bitməsi üzrə bir neçə variantı irəli sürüblər. Bəzi alimlərin fikirlərinə əsasən bu toqquşmadan sonra Fobos parçalara ayrılacaq və həmin parçalar Marsın səthi üzrə paylanacaqlar.


    Digərləri isə düşünürlər ki, Fobos məhz Mars istiqaməti üzrə yolda parçalanacaq və nəticədə Fobosun parçaları Mars ətrafında halqa yaradacaqlar. Fobos artıq uzun müddətdir ki, alimlərin maraqlarını cəlb edir. Belə ki, sözügedən kosmik obyekt qeyri-adi orbitə sahibdir. Onun tərkibi və mənşəyi barəsində məlumat isə hələ çox azdır. Kartofu xatırladan qəribə formaya sahib Fobos Mars ətrafında planetin öz oxu ətrafında fırlanmasından daha tez dövr edir. Buna görə də Marsda Fobosun doğuşunu və qürubunu sutkada iki dəfə müşahidə etmək mümkündür. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×