
McDonald's bütün dünya üzrə 40 000-dən çox restoranında süni zəkanı inteqrasiya etməyə başlayıb
Süni İntellekt
10.03.2025
Emil
McDonald's dünya üzrə 43 000 restoranında süni zəka texnologiyasını tətbiq etməyə başlayır. Bu sistem işçilərin gündəlik vəzifələrini asanlaşdıracaq, müştərilərlə qarşılıqlı əlaqəni optimallaşdıracaq, avadanlıqların idarə edilməsini təkmilləşdirəcək. Şirkətin əsas məqsədi, işçilərin stres səviyyəsini azaltmaq, ümumi iş effektivliyini artırmaqdır. Süni zəka texnologiyası artıq ABŞ-dakı bəzi McDonald's restoranlarında uğurla sınaqdan keçirilib və 2025-ci ildə onun daha geniş tətbiqi planlaşdırılır. McDonald's-ın informasiya texnologiyaları direktoru Brian Rice bildirib ki, süni zəka gündəlik problemlərin həllində faydalı ola bilər, o cümlədən avadanlıq nasazlıqlarının aradan qaldırılması, müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında. Computer vision texnologiyası sifarişlərin düzgünlüyünü yoxlaya bilər, bu da səhv ehtimalını azaldır.

IBM ilə birgə hazırlanan səsli sifariş sistemləri test edilir. Bu texnologiya sifariş prosesini daha səmərəli etməyə hədəflənib. Mətbəx avadanlıqlarında quraşdırılmış sensorlar real zaman rejimində məlumat toplayır. Bu sistem mümkün nasazlıqları öncədən proqnozlaşdıraraq vaxtında texniki xidmət göstərilməsinə imkan yaradır. Bundan əlavə, generativ süni zəka əsaslı virtual menecer növbələrin planlaşdırılmasına kömək edə bilər. Lakin süni zəkanın tətbiqi bəzi çətinliklərlə üzləşə bilər. Həm françayz sahibləri, həm də işçilər bu yeniliyə müqavimət göstərə bilər. Analitiklər xəbərdarlıq edirlər ki, süni zəkanın tətbiqi yüksək xərclər tələb edir və bu investisiyalar işçilərin təliminə yönəldilə bilərdi. Bəzi mütəxəssislər hesab edirlər ki, avtomatlaşdırma əvəzinə işçilərin ixtisasını artırmağa diqqət yetirilməlidir, bu isə süni zəkaya ehtiyacı azalda bilər.
Mənbə: The Wall Street Journal
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Microsoft məntiq yürüdə biləcək fərdi süni zəka sistemi üzərində çalışır
Microsoft, öz böyük dil modellərini yaradıb və proqram nəhənginin fikrincə, bu modellər sənaye liderlərinin, o cümlədən OpenAI-nin analoqları ilə rəqabət apara bilər. Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat verib.

Süni İntellekt
Yalnız süni zəka ilə yaradılmış rəsm əsərlərinin ilk onlayn hərracı keçirilib
Christie’s hərrac evi tərəfindən yalnız süni zəka ilə yaradılmış incəsənət əsərlərinin təqdim olunduğu ilk hərrac qarışıq nəticələr göstərdi və hələ ki, platformanın bu təcrübəni təkrarlayıb-təkrarlamayacağı bəlli deyil.

Süni İntellekt
OpenAI yüksək qiymətə elmlər namizədi səviyyəsində süni zəka agentlərini istifadəyə verməyə hazırlaşır
OpenAI yeni süni zəka agentləri seriyasını təqdim etməyə hazırlaşır və bu xidmətlərə giriş üçün aylıq abunə haqqı 2000-20 000$ arasında dəyişəcək.

Süni İntellekt
Alibaba məntiqi düşünməyə sahib süni zəka modelini təqdim edib
Çinin Alibaba şirkəti açıq mənbəli koda sahib yeni süni zəka modeli olan QwQ-32B-ni təqdim edib. Tərtibatçıların sözlərinə görə, yeni model bir sıra sahələrdə DeepSeek R1 modelini geridə qoyur və bunu daha az resurs istifadə edərək həyata keçirir.

Süni İntellekt
Ənənəvi saytlar süni zəka əsaslı çat-botlar və agentlər səbəbilə istifadəçi kütləsini itirilər
Süni zəka sahəsində ixtisaslaşmış şirkətlər sayt sahiblərinə yeni nəsil axtarış sistemlərinin onlara daha çox istifadəçi cəlb edəcəyini vəd etmişdi.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
