main-post-cover

    Media təşkilatları süni zəkanın tənzimlənməsinə çağırışlar ediblər

    Süni İntellekt
    14.08.2023
    Farid Pardashunas
        Dünyanın bir sıra böyük media təşkilatı generativ süni zəka modellərinin təlimatlandırılmalarında şəffaflığın təmin olunmasına çağırışlar ediblər. Siyasətçilərə ünvanlanmış açıq məktubda onlar siyasətçilərdən əsasən intellektual mülkiyyət hüquqları mövzusunda süni zəkadan istifadə standartlarının yaradılmasında iştirak etmələrini istəyiblər. Media təşkilatlarının sözlərinə əsasən sözügedən texnologiyanın məsuliyyətsiz inkişafı cəmiyyətin kontentin keyfiyyətinə və müstəqilliyinə olan etibarını sındıraraq kütləvi informasiya vasitələri ekosistemini təhlükə altına ata bilər.
        Açıq məktubun müəllifləri bu texnologiyanın tənzimlənməsi məsələsində əsas prioritetləri təyin ediblər. Onların arasında süni zəka modellərinin təlimatlandırılmalarında istifadə edilən məlumatların şəffaflığı, intellektual mülkiyyət hüququ sahiblərinin materiallarının bu prosesdə istifadəsindən öncə onlardan razılığın əldə edilməsi və media qurumlar ilə süni zəka modellərinin tərtibatçıları arasında kollektiv danışıqların aparılması var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər