main-post-cover

    Məhkəmə qərarına əsasən süni zəka patentdə ixtiraçı kimi qeyd edilə bilməz

    Süni İntellekt
    06.09.2021
    Emil Nəcəfov
        ABŞ-ın Leonie Brinkema adlı federal məhkəmə hakiminin qərarı ilə mövcud olan qanunvericiliyə əsasən süni zəka ABŞ patentində ixtiraçı kimi qeyd edilə bilməz. Bu məsələ ilə bağlı məhkəmə iddiası “The Artificial Inventor Project” adlı layihənin iştirakçısı Steven Thaler tərəfindən qaldırılmışdı. Qeyd etmək lazımdır ki, sözügedən layihə beynəlxalq təşəbbüs rolunu oynayır və layihəyə əsasən süni zəka patentdə ixtiraçı kimi qeyd olunma haqqına sahib olmalıdır. Bu halda süni zəka texnologiyasına sahib olan şəxs bir qayda olaraq patentin sahibi olacaq. Steven Thaler ABŞ-ın Ticarət Nişanları və Patentləri üzrə təşkilatını məhkəməyə vermişdi. Belə ki, bu təşkilat Thaler-in patent sorğularını rədd edib.
        Məsələ burasındadır ki, Thaler bəzi patent sorğularında ixtiraçı kimi DABUS adlı süni zəkanı qeyd edib. Thaler ilə təşkilat arasında bir neçə ay ərzində davam etmiş yazışmalar çərçivəsində təşkilat başa salmağa çalışıb ki, süni zəka ixtiraçı hesab edilə bilməz. Belə ki, süni zəka insan deyil. Təşkilat qeyd etmişdi ki, süni zəka bir alət rolunda çıxış edir və insanlar müxtəlif ixtiraları reallaşdırmaq üçün bu alətdən istifadə edirlər. Thaler tərəfindən qaldırılmış məhkəmə iddiasının nəticəsində məhkəmə hakimi təyin edib ki, təşkilat ölkənin patent qanunvericiliyindən düzgün şəkildə istifadə edir.
        ABŞ-ın patent qanunvericiliyinə ən son 2011-ci ildə nəzər yetirən zaman konqress ixtiraçını fiziki şəxs kimi təyin etmişdi. Patent qanunvericiliyi həmçinin ixtiraçını “özüm”, “özün” kimi sözlərdən istifadə edərək təyin edir. Məhkəmə hakimi bildirib ki, ixtiraçının təbiəti barəsində məsələ daha əvvəllər federal məhkəmələrdə müzakirə olunub. Qəbul edilmiş qanuna əsasən heç bir şirkət və ya dövlət patentdə ixtiraçı kimi qeyd edilə bilməz. Bununla yanaşı təşkilat bildirib ki, o, patentlərdə süni zəkanın hansı rolları oynadığı üzrə məsələni nəzərdən keçirtməyə hazırdır. Təşkilat öz növbəsində bununla bağlı mütəxəssislərə müraciət edib. Mütəxəssislər isə qeyd ediblər ki, hal hazırda olan süni zəka texnologiyası insan faktoru olmadan heçnə ixtira edə və müəllif kimi qeyd edilə bilməz.
    Linki kopyala