Logo
    main-post-cover

    MEK süni intellekt üzrə beynəlxalq təlimatı Azərbaycan dilinə tərcümə edib

        Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) "Universitet kitabxanaları üçün yaradıcı süni intellektdən istifadə təlimatı və siyasəti" adlı vəsaiti Azərbaycan dilinə tərcümə edib. Təlimatın elektron versiyası MEK-in rəsmi saytında yerləşdirilib.
        Technote.az xəbər verir ki, vəsait Anadolu Universiteti Kitabxanaları Konsorsiumunun (ANKOS) yazılı icazəsi əsasında Azərbaycan dilinə tərcümə olunub. Tərcümənin ideya müəllifi Hüseyn Hüseynov, tərcüməçisi isə Səyyarə Məmmədovadır.
        Vəsait akademik kitabxanalarda süni intellekt texnologiyalarının etik və səmərəli istifadəsini təşviq etmək məqsədi daşıyır. Həmçinin kitabxana mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına və rəqəmsal transformasiyaya dəstək verir.
        Təlimatda kitabxanaçılar və informasiya mütəxəssisləri üçün süni intellekt texnologiyalarının tətbiqinə dair praktik tövsiyələr təqdim olunur. Sənəd beynəlxalq və milli tədqiqatlara, eləcə də qabaqcıl təcrübələrə əsaslanır.
        Yeni təlimat kitabxanalara öz süni intellekt siyasətlərini formalaşdırmaq üçün dəstək verir. Bunun akademik informasiya xidmətlərinin keyfiyyətinin artırılmasına və kitabxanaların rəqəmsal inkişafına töhfə verəcəyi bildirilir.
    Paylaş