Logo
    main-post-cover

    Məşhur mütəxəssis: "Süni zəka hamını deyil, yalnız müəyyən insanları güclü edəcək"

         Süni zəka sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri, Google Brain-in qurucusu və Coursera-nın həmtəsisçisi Andrew Ng, ümumi süni zəka (AGI) ilə bağlı narahatlıqların böyük dərəcədə şişirdildiyini bəyan edib. Onun fikrincə, süni zəka ümumilikdə artıq dərəcədə qiymətləndirilir və insanlar hələ uzun müddət ərzində bir sıra əsas məsələlərdə üstünlüklərini qoruyacaqlar. “Süni zəka ümumilikdə artıq dəyərləndirilir. İnsanlar uzun müddət ərzində süni zəkanın edə bilməyəcəyi bir çox şeyi bacaracaqlar” - deyə Andrew Ng Y Combinator konfransında bildirib.
    Andrew Ng:
         Süni zəka sahəsində bir neçə şirkətə rəhbərlik edən Andrew Ng bu fikri “Süni zəka alətləri yaratmaq daha vacibdir, yoxsa onlardan istifadə etməyi öyrənmək?” sualına cavab olaraq səsləndirib. Onun sözlərinə görə, əsas üstünlük süni zəkanı real problemlərin həllində tətbiq etməyi bacaran insanların tərəfində olacaq. “Süni zəkanı tapşırıqları yerinə yetirmək üçün necə istifadə etməyi bilən insanlar daha güclü olacaqlar” - deyə o, əlavə edib. Onun fikrini süni zəka sahəsindəki digər nüfuzlu şəxslər də bölüşür. Meta şirkətinin baş süni zəka tədqiqatçısı Yann LeCun hesab edir ki, böyük dil modelləri hər nə qədər təsirli olsa da, AGI-nin yaradılmasına aparmır.
         “Onlar faydalıdır, amma bu, insan səviyyəli süni zəkaya gedən yol deyil” - deyə o bildirib. Google DeepMind rəhbəri Demis Hassabis də bənzər mövqedən çıxış edərək qeyd edib ki, süni zəka qısamüddətli dövrdə həddən artıq qiymətləndirilir, lakin uzunmüddətli perspektivdə isə əksinə - yetərincə dəyərləndirilmir. Onun sözlərinə görə, 10 il ərzində süni zəka böyük miqyaslı transformasiyalara səbəb ola bilər. Microsoft-un baş direktoru Satya Nadella da hazırda AGI sahəsindəki yarışa tənqidi yanaşır. O bu yarışı “benchmark-haking” adlandırır - yəni modellərin test nəticələrini yaxşılaşdırmağa yönəlmiş cəhdlər, lakin real ssenarilərdə tətbiqə fokuslanmamaq.
    Paylaş