Meta-nın saxta videoları tanıma üsulları tənqid edildi
Süni İntellekt
10.03.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta-nın AI vasitəsilə hazırlanan saxta videoları tanıma metodları kifayət qədər güclü deyil. Bu barədə Meta Nəzarət Şurası (şirkətin məzmun moderasiyasını yarı-müstəqil şəkildə izləyən orqan) açıqlama verib. Belə ki, şura Meta-nı AI-generated məzmunu daha effektiv şəkildə aşkarlamağa və işarələməyə çağırır.
Şura bildirib ki, indiki vaxtda hərbi gərginlik və AI alətlərinin dezinformasiya yaymaq üçün istifadə təhlükəsi nəzərə alınaraq, doğru və etibarlı məlumat insanların təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.
Nəzarət Şurası Meta-ya aşağıdakı addımları tövsiyə edir:
• Dezinformasiyanı əhatə edən qaydaları gücləndirərək saxta AI videoları ayrıca qaydalarla idarə etmək.
• Daha effektiv AI aşkarlama alətləri hazırlamaq.
• AI siyasətinə əməl etməyənlərə tətbiq olunan cəzaları şəffaf etmək.
• AI məzmununu işarələmək səylərini artırmaq, o cümlədən “Yüksək Riskli AI” etiketlərini daha tez-tez əlavə etmək.
• C2PA standartını genişləndirərək AI məzmunu barədə məlumatın istifadəçilər üçün açıq və görünən olmasını təmin etmək.

Paylaş