Meta-nın süni zəka əsaslı tərcüməçisi yazı sisteminə sahib olmayan dilləri tərcümə etməyi öyrənib

Meta-nın süni zəka əsaslı tərcüməçisi yazı sisteminə sahib olmayan dilləri tərcümə etməyi öyrənib

Süni zəka və Elm
21.10.2022 PAYLAŞIM

    Dünyada bilinən 7000 dildən 2.8 min dil yazı sisteminə sahib deyil. Bu cür dillər machine learning alqoritmləri əsasında çalışan müasir tərcümə sistemləri üçün uyğun gəlmir. Çünki adətən kompüterlər danışıq dilini sonradan növbəti dilə tərcümə etmək üçün onu yazılı dilə çevirirlər. Görünür, Meta şirkəti bu problemin həll yolunu tapa bilib. Meta tərəfindən hazırlanmış Universal Speech Translator (UST) adlı sistem çərçivəsində müəyyən dildə olan şifahi nitq digər dilin şifahi nitqinə tərcümə olunur. Bunun sayəsində metakainatın gələcək istifadəçiləri rahatlıqla öz aralarında qarşılıqlı əlaqədə ola biləcəklər.

    Bu layihə çərçivəsində mütəxəssislər Tayvanın rəsmi dillərindən biri hesab edilən hokkien dialektinə müraciət ediblər. Bu dialekt Asiyada geniş yayılsa da öz yazı sisteminə sahib deyil. Machine learning alqoritmləri əsasında çalışan tərcümə sistemlərinin məşq etdirilməsi üçün adətən müəyyən dilin həm şifahi həm də yazılı nümunələri lazımdır. Bu cür məhdudiyyətlərdən yan keçmək üçün speech-to-unit translation (S2UT) adlı modeldən istifadə edilir. Bu model çərçivəsində şifahi nitq real zaman ərzində akustik vahidlərə çevrilir.


    Yazı sisteminə sahib olmayan dildəki şifahi nitq ilk növbədə doğma hesab edilən və yazı sisteminə sahib olan vasitəçi dilə mətn formatında (hokkien dialekti misalında vasitəçi dil qismində mandarin dialekti çıxış edir) konvertasiya edilir. Konvertasiya edilmiş mətni daha sonra ingilis dilinə tərcümə etmək olar. Hal hazırda Meta-nın bu sistemi hokkien dialektində danışanlar ilə ingilis dilində danışanlar arasında məhdud ünsiyyəti təmin edir. Sistem bir dəfəyə bir cümləni tərcümə edə bilir. Lakin Mark Zuckerberg əmindir ki, yaxın gələcəkdə bu sistem müxtəlif dillərdə istifadə ediləcək və real zaman ərzində ünsiyyət qurmağa imkan verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×