Meta-nın süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır
Süni İntellekt
23.10.2023
Emil Nəcəfov
Meta şirkətinin süni zəka üzrə baş mütəxəssisi Yann LeCun bildirib ki, seni zəkanın hal hazırki inkişaf səviyyəsi aşağıdır və buna görə də onu tənzimləməyə ehtiyac yoxdur. Yann LeCun süni zəka barəsində yayılmış narahatedici fikirləri aradan qaldırmağa çalışıb və bu texnologiyanın tənzimlənməsi mövzusunda fərqli mövqeyi tutub. Mütəxəssis süni zəkanın hal hazırki məhdudlaşdırma cəhdlərini internetin ilk versiyasının nəzəri tənzimlənməsi ilə müqayisə edib. LeCun-un fikrincə hal hazırda ola biləcək istənilən məhdudiyyət nəyisə öyrənmək bacarığı baxımından hətta pişikdən belə geridə qalan sistemləri əhatə edəcək.
Mütəxəssis süni zəkanın hal hazırda tənzimlənməsi ideyasını qeyri məhsuldar hesab edir. Süni zəka məsələsində LeCun-un fikirləri süni zəkanın "Xaç atası" hesab edilən mütəxəssis Geoffrey Hinton-un fikirləri ilə üst-üstə düşmürlər. Bir neçə müddət bundan öncə Hinton bildirmişdi ki, süni zəkanın istifadəsi mövzusunda müəyyən qaydaların tərtib edilməsi mütləqdir. Hinton hətta bu cür qaydaların tərtib edilməsi istiqamətində dövlət liderlərinə, şirkətlərə və bu sahədə çalışan digər mütəxəssislərə çağırışlar da etmişdi.
Hinton-un fikrincə yaxın illərdə ChatGPT kimi sistemlər şüura sahib ola biləcəklər. LeCun isə öz növbəsində Hinton-un fikirlərinə skeptik yanaşıb. Onun fikrincə insanlar süni zəkanın fantastik filmlərdə və kitablardakı kimi insanlara qarşı çıxacağı mövzusunda çox düşünürlər. LeCun hesab edir ki, reallıqda müasir süni zəka modelləri planlaşdırma və əsaslandırma imkanına sahib deyillər. Bununla belə LeCun etiraf edib ki, gələcəkdə bu texnologiya zəka səviyyəsinə görə insanı geridə qoya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube kontent müəllifləri üçün musiqiçilərin səslərini kopyalaya biləcək süni zəka əsaslı texnologiya üzərində çalışır.
Tənzimlənməyən süni zəka iqtisadi böhrana səbəb ola bilər
Tənzimlənməyən süni zəka iqtisadi böhrana səbəb ola bilər
ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Gary Gensler xəbərdarlıq edib ki, tənzimlənməyən süni zəka istifadəsi səbəbilə yaxın 10 il ərzində baş verəcək iqtisadi böhran qaçılmazdır.
Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin 4.0 versiyasını təqdim edib
Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin 4.0 versiyasını təqdim edib
Çinin Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin yeni versiyası Ernie 4.0-ı təqdim edib.
Süni zəka əsaslı çat-botlar bioloji hücumların planlaşdırılmasında yardımçı ola bilirlər
Süni zəka əsaslı çat-botlar bioloji hücumların planlaşdırılmasında yardımçı ola bilirlər
ABŞ-ın Rand Corporation adlı analitik mərkəzinin aparmış olduğu tədqiqata əsasən çat-botların tərkiblərində istifadə edilən süni zəka modelləri bioloji hücumun planlaşdırılması ilə bağlı məsləhətləri təqdim etmək potensialına sahibdirlər.
Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
Süni zəka texnologiyalarının hazırlanmasında yardımçı olmuş alim süni zəkanın təhlükəsiz inkişaf üsullarını ən yaxşı şəkildə fikirləşmək yolunda hökumətləra, şirkətlərə və həmkarlarına çağırışlar edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!