Logo
    main-post-cover

    Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır

    Süni İntellekt
    13.05.2024
    Emil
         Süni zəka sistemlərinin hazırlanması ilə məşğul olan texnoloji şirkətlərin öz süni zəka modellərinin təlimatlandırılmaları üçün məlumat mənbələrinin axtarışında olduqları bir vaxtda Meta şirkətinin həmin texnoloji şirkətlər qarşısında böyük üstünlüyə sahib olduğu məlum olub. Belə ki, Meta şirkəti öz süni zəka modellərinin təlimatlandırılmaları prosesində FacebookInstagram-dakı kontentlərdən istifadə edir. Bu barədə məlumatı şirkətin məhsullar üzrə direktoru Chris Cox keçən həftə baş tutmuş Bloomberg Tech Summit adlı tədbirdə təqdim edib.
         Chris Cox bildirib ki, Meta şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş süni zəka sisteminin təlimatlandırılmasında Facebook və Instagram-da açıq şəkildə mövcud olan foto və mətnlərdən istifadə edir. “Biz, süni zəka sistemlərini özəl məlumatlar və ya istifadəçilərin öz yaxınları və dostları ilə bölüşdükləri məlumatlar vasitəsilə təlimatlandırmırıq. Biz bu prosesdə yalnız ictimai məlumatlardan istifadə edirik” - deyə Chris Cox qeyd edib.
         Chris Cox bildirib ki, Meta AI adlı süni zəka sistemi sözün əsl mənasında heyrətləndirici keyfiyyətə sahib fotoları tərtib edə bilir. Belə ki, Instagram-da incəsənəti, modanı, mədəniyyəti və adi insanları əhatə edən çoxlu sayda foto mövcuddur. Meta AI vasitəsilə hər hansısa fotonun tərtib edilməsi üçün istifadəçi sadəcə olaraq “imagine” sözü ilə başlayan sorğunu qeyd etməlidir. Sorğunu qeyd edəndən sonra isə sistem istifadəçiyə 4 ədəd fotonu təqdim edəcək.
    Paylaş