Logo
    main-post-cover

    Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq

    Süni İntellekt
    26.04.2024
    Farid
         Meta şirkəti süni zəkaya və onunla bağlı infrastruktura investisiyaları genişləndirməyi planlaşdırır. Proqnozlara əsasən şirkətin sözügedən sahələrə bu il ərzində xərcləri 35-40 milyard dollar təşkil edəcək. Daha öncə isə Meta-nın cari il ərzində bu sahələrə 30-37 milyard dollar investisiya yatıracağı düşünülürdü. Məlumata əsasən şirkətin əlavə investisiya vəsaitləri çiplərin və data mərkəzlərin hazırlanmasına, elmi tədqiqat işlərinə və süni zəka ilə bağlı digər istiqamətlərə sərf ediləcək.
         Bu qərar şirkətin süni zəka sahəsindəki aktiv səylərinin artması fonunda verilib. Maliyyə hesabatına əsasən bu ilin birinci rübündə Meta-nın dövriyyəsi 36.5 milyard dollar təşkil edib. Bu isə keçən ilin birinci rübündəki göstəricidən 27% yüksəkdir. Lakin bu ilin ikinci rübündə gəlir artımı tempində 36.5-39 milyard dollara kimi ləngimə olacağı gözlənilir. Məlumata əsasən şirkətin metakainatlarla məşğul olan Reality Labs şöbəsinin maliyyə itkisi 3.8 milyard dollar təşkil edib. Onun gəliri isə cəmi 440 milyon dollar olub.
     
    Paylaş