Logo
    main-post-cover

    Meta şirkəti Code Llama adlı yeni süni zəka sistemini təqdim edib

        Meta şirkəti Code Llama adlı yeni süni zəka sistemini təqdim edib. Sözügedən süni zəka sistemi Llama 2 adlı böyük dil modelinə əsaslanır və proqram təminatı kodunun tərtib edilməsinə və insan tərəfindən yazılmış kodda ola biləcək səhvlərin aradan qaldırılmasına hədəflənib. Code Llama tədqiqat və kommersiya məqsədləri üçün pulsuz şəkildə təqdim edilir. Bu yeni süni zəka sistemi istifadəçinin sorğuları əsasında proqram təminatı kodlarını tərtib edə bilir. Bununla yanaşı istifadəçi bu və ya digər kod sətrində hansısa səhvin olduğunu qeyd etsə, sistem onu aradan qaldıracaq.
        Code Llama baza versiyadır. Ondan əlavə olaraq iki versiya da təqdim edilib. Onlardan biri Code Llama-Python, digəri isə Code Llama Instrct adlanır. Code Llama Instrct öz növbəsində sorğuları təbii dil şəklində qəbul edə bilir. Bununla belə Code Llama-da və Code Llama-Pyton-da sorğuların təqdim edilməsində təbii dil üsulundan istifadə etmək məsləhət görülmür. Meta bildirib ki, Code Llama hal hazırda mövcud olan böyük dil modelləri ilə müqayisədə ən yaxşı nəticələri sərgiləyir. HumanEval adlı testdə sistem 53.7% xal toplayıb və istifadəçinin sorğusu əsasında proqram təminatı kodunu dəqiq şəklildə tərtib edə bilib.
    Paylaş
    Bənzər xəbərlər