main-post-cover

    Meta şirkəti kommersiya məqsədli süni zəka modelini istifadəyə verəcək

    Süni İntellekt
    14.07.2023
    Farid Pardashunas
        Meta şirkəti özünün kommersiya məqsədli süni zəka modelini istifadəyə verməyi planlaşdırır. İstifadəyə verilməsi planlaşdırılan süni zəka modeli startaplara və müəssisələrə özlərinin bu texnologiya əsasında proqram təminatlarını yaratmağa imkan verməlidir. Bu üsul ilə Meta şirkəti generativ süni zəka sahəsində lider şirkətlər olan Google, Microsoft OpenAI ilə rəqabət aparmağı hədəfləyib. Bu ilin əvvəlində Meta LlaMA adlı böyük dil modelini təqdim etmişdi. Sözügedən dil modeli əsasən tədqiqatçılar üçün nəzərdə tutulub.
        Planlaşdırılan yeni süni zəka modeli isə özündə korporativ müştərilər üçün nəzərdə tutulmuş alətləri birləşdirməlidir. Məlumatda qeyd edilib ki, Meta-nın kommersiya məqsədli süni zəka modeli açıq mənbəli koda sahib olacaq. Şirkətin fikrincə bu cür texnologiyanın açıq mənbəli koda sahib olması onun ətrafında olan qorxulara qarşı ən yaxşı həll üsuludur. Bununla belə yeni platformanın açıq mənbəli koda sahib olacağına və müəyyən səviyyədə pulsuz yayılacağına baxmayaraq Meta digər şirkətlərin öz məhsulları çərçivəsində onun detallı şəkildə ayarlanması və adaptasiyasına görə əlavə komissiyanın əldə edilməsini nəzərdə tutub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər