Logo
    main-post-cover

    Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

        Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək. Məlumata əsasən tədbir çərçivəsində şirkət daha cavan istifadəçilər kateqoriyasına hədəflənmiş yeni süni zəka əsaslı çat-botu təqdim edəcək. Şirkət daxilində Gen AI Personal adı ilə tanınan yeni süni zəka əsaslı çat-bot müxtəlif personajlar şəklində təqdim olunacaq. Həmin personajlar isə daha cavan istifadəçilərin cəlb olunması üçün nəzərdə tutulub.
        Şirkət daxili çatlardakı yazışmalara əsasən sözügedən yeni çat-bot çərçivəsində istifadəyə veriləcək personajların bəziləri artıq Instagram-da testlərdən keçiblər. Məlumata əsasən Meta şirkəti 10-larla bu cür çat-botu istifadəyə verməyi planlaşdırır və üstəlik çat-botların fərdi şəkildə yaradılması üçün nəzərdə tutulmuş alətlər üzərində çalışır. Məsələn məşhur şəxslər bu cür imkanlardan istifadə edərək öz çat-botlarını yaradaraq pərəstişkarları ilə ünsiyyət məqsədi üçün istifadəyə verə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər