main-post-cover

    Meta şirkəti yaxın zamanda insan düşüncəsi səviyyəsində süni zəka modelini təqdim edəcək

    Süni İntellekt
    14.06.2023
    Farid Pardashunas
        Meta şirkəti elan edib ki, o, yaxın zamanda tədqiqatçılara insan düşüncəsi səviyyəsində olan süni zəka modelinin komponentlərini təqdim edəcək. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən yaradılan I-JEPA adlı yeni süni zəka modeli hal hazırda mövcud olan generativ süni zəka sistemlərindən fərqli olaraq bitirilməmiş fotoları daha effektiv şəkildə yekunlaşdıra biləcək. Hal hazırda aktual olan generativ süni zəka sistemləri bu və ya digər bitirilməmiş fotonu sonlandırmaq üçün fotoda olan digər piksellərə istiqamətlənirlər.
        I-JEPA adlı süni zəka modeli isə bizim dünyamız haqqında yığılmış bütün məlumatlardan istifadə edərək fotoda çatışmayan fraqmentləri tərtib edir. Bu bir növ insan düşüncəsi səviyyəsini xatırladır. Bu həmçinin süni zəka tərəfindən tərtib edilən fotolardakı səhvlərin aradan qaldırılmasına da şərait yaradır. Belə ki, hələ bir neçə müddət bundan öncə generativ süni zəka sistemləri tərəfindən tərtib edilmiş fotolardakı obyektlər özlərinə xas olmayan özəllikləri əldə edirdilər. Buna misal olaraq insanın bir əlində tərtib edilmiş 6 barmağı gətirmək olar. I-JEPA adlı süni zəka modelinin nə zaman təqdim ediləcəyi barəsində isə bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər