Microsoft ABŞ-ı və digər ölkələri süni zəka sahəsini tənzimləməyə çağırıb

Microsoft ABŞ-ı və digər ölkələri süni zəka sahəsini tənzimləməyə çağırıb

Süni zəka və Elm
26.05.2023 PAYLAŞIM

    Microsoft ABŞ-ı və digər dövlətləri süni zəka sahəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş təşkilatların formalaşdırmağa cağırıb. Şirkətin prezidenti Brad Smith süni zəka sahəsinin cəmiyyətdəki stabilliyi bu və ya digər yol ilə poza biləcəyi üzrə olan narahatlığın fonunda 41 səhifəlik hesabatı təqdim edəcək. Smith bildirib ki, süni zəka sahəsi ilə bağlı olan bəzi qanunlar hətta artıq mövcud olan dövlət agentlikləri və məhkəmələr tərəfindən tətbiq edilə bilər. Onlara sadəcə olaraq mövcud qanunları süni zəka sistemlərinə tətbiq təcrübəsi lazımdır. Bununla belə o qeyd edib ki, növbəti onillikdə istifadəyə veriləcək daha ağıllı və avtonom süni zəka sistemlərinin məhdudlaşdırılması üçün lazım olan qanunlar mövcud deyil.

    Smith-in sözlərinə əsasən yaxın gələcəkdə süni zəka sahəsi ilə bağlı yeni qanunlar ilə qaydaları tərtib etmək lazım gələcək. Bu cür işin öhdəsindən isə yeni dövlət agentlikləri gələ bilərlər. Üstəlik daha performanslı süni zəka sistemlərinin tənzimlənməsi üçün təkcə yeni qanunların tərtib və qəbul edilməsi kifayət etməyəcək. Belə ki, həmin performanslı süni zəka sistemlərinin yerləşəcəkləri data mərkəzlərini lisenziyalaşdırmaq lazım gələcək. Qeyd etmək lazımdır ki, oxşar ideyanı ABŞ Konqressinin üzvləri arasında OpenAI şirkətinin CEO-su Sam Altman da səsləndirib. Smith bildirib ki, Microsoft şirkəti Altman-ın fikrini və süni zəka sahəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş dövlət agentliklərinin yaradılmasını dəstəkləyir.


    Bu cür dövlət agentlikləri həmçinin lisenziyalaşdırma prosesi ilə də məşğul ola bilərlər. Bu cür lisenziyalar dövlətin vacib infrastrukturunun idarəsi ilə məşğul olan süni zəka sistemlərindən istifadə üçün lazım olacaq. Yeni qaydaları təklif etmiş Brad Smith xüsusi olaraq vurğulayıb ki, ilk sosial şəbəkələrin ortaya çıxdıqları zaman dövlətlərin buraxdıqları səhv təkrarlanmamalıdır. Onun sözlərinə əsasən 10 ildən bir qədər çox müddət bundan öncə İT sahənin təmsilçiləri ilə siyasətçilər sosial şəbəkələrin demokratiyanın yayılmasında necə böyük rol oynamalarından çox məmnun idilər. Lakin 5 ildən sonra məlum oldu ki, sosial media demokratiyaya istiqamətlənmiş silaha da çevrilə bilər.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×