Logo
    main-post-cover

    Microsoft Avstraliyaya rekord 25 milyard dollarlıq AI investisiyası edir

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Microsoft şirkəti Avstraliyada süni intellekt və bulud infrastrukturu sahəsində böyük genişlənmə planını açıqlayıb. Şirkət 2029-cu ilə qədər ölkəyə ümumilikdə 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) həcmində investisiya yatırmağı planlaşdırır. Bu, Microsoft-un Avstraliyadakı tarixində ən böyük sərmayə hesab olunur. Açıqlama şirkətin baş direktoru Satya Nadella və Avstraliyanın baş naziri Anthony Albanese tərəfindən Sidneydə keçirilən tədbirdə təqdim edilib. Layihə ölkə hökuməti ilə imzalanmış memorandum çərçivəsində həyata keçiriləcək.
    Microsoft commits A$25 billion to Australia by 2029
        İnvestisiyanın əsas hissəsi texnoloji infrastruktura yönəldiləcək. Microsoft Avstraliyada mövcud olan Azure platformasını genişləndirərək süni intellekt superkompüter gücünü 140 %-dən çox artırmağı planlaşdırır. Hazırda ölkədə şirkətin 3 fərqli regionda yerləşən 29 data mərkəzi fəaliyyət göstərir və yeni sərmayə bu şəbəkəni daha da böyüdəcək.
        Bundan əlavə, layihə kibertəhlükəsizlik sahəsini də əhatə edir. Microsoft-un Avstraliya Siqnal İdarəsi ilə birgə həyata keçirdiyi Cyber Shield proqramı daha çox dövlət qurumuna şamil olunacaq və milli təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşdiriləcək. Digər vacib istiqamət isə insan resurslarıdır. Şirkət 2028-ci ilə qədər 3 milyon avstraliyalını süni intellekt bacarıqları üzrə təlimləndirməyi hədəfləyir. Bu təşəbbüs ölkənin AI sahəsində kadr potensialını gücləndirməyə yönəlib. Microsoft həmçinin süni intellektin təhlükəsiz istifadəsi və idarə olunması sahəsində Avstraliya ilə əməkdaşlıq edəcək, işçi qüvvəsinə təsirlərlə bağlı dialoqlar aparacaq.
     
    Paylaş