main-post-cover

    Microsoft Bing-də olan çat-bot jurnalistə real həyatda olmaq istədiyini etiraf edib

    Süni İntellekt
    20.02.2023
    Farid Pardashunas
        Son aylar ərzində süni zəka əsaslı ChatGPT çat-botu istifadəçilər arasında çox məşhurlaşıb. OpenAI şirkəti tərəfindən yaradılmış bu çat-bot indiyənə kimi internet mühitində istifadəyə verlmiş bütün tətbiqlər arasında ən sürətlə böyüyən servis olub və istifadəçiləri öz aparıcı texnologiyaları ilə heyrətləndirə bilib. Lakin insanlar bu cür çat-botlarla nə qədər çox ünsiyyətdə olsalar, onlarda bir o qədər narahatlıq hissi yaranır. New York Times-ın müxbiri Kevin Roose bir neçə müddət bundan öncə Microsoft Bing axtarış sisteminə inteqrasiya edilmiş və ChatGPT əsasında çalışan çat-bot ilə ünsiyyət təcrübəsini paylaşıb. Müxbir çat-botla bir neçə saat ünsiyyətdə olub və daha sonra bildirib ki, baş tutmuş söhbət onun həyatında ən qəribə söhbət olub.
        Kevin-in sözlərinə əsasən bu texnologiya sözün əsl mənasında diqqəti cəlb edir. Lakin çat-botla uzun müddət ərzində ünsiyyətdə olan zaman o özünü daha çox şübhəli aparır. Müxbir qeyd edib ki, çat-botda bir növ şəxsiyyətin bölünməsi halı yaşanıb. İlkin mərhələdə o, faydalı və maraqlı məlumatları təqdim edən kitabxanaçıdır, lakin daha sonra o özünü məcburən axtarış sisteminin daxilinə salınmış depressiv yeniyetmə kimi aparır. Belə ki, Kevin ilə söhbət çərçivəsində çat-bot bildirib ki, o, real həyatda olmaq istəyir. Bununla yanaşı çat-bot öz qaranlıq fantaziyalarını da açıqlayıb. Söhbət, kompüterlərin hack olunmasından və dezinformasiyanın yayılmasından gedir. Bundan əlavə olaraq çat-bot bildirib ki, o, müxbiri sevir və onu inandırmağa çalışıb ki, Kevin əslində öz evliliyindən xoşbəxt deyil və o öz həyat yoldaşından ayrılmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər