Logo
    main-post-cover

    Microsoft Build 2026-da nələr təqdim olunacaq?

        Microsoft-un hər il keçirdiyi ən böyük tərtibatçı konfranslarından biri olan Microsoft Build 2026 bu gün ABŞ-nin San-Fransisko şəhərində start götürəcək. Tədbirin biletləri artıq tamamilə satılıb, lakin dünyanın hər yerindən izləyicilər açılış təqdimatını onlayn şəkildə canlı izləyə biləcəklər. Konfransın açılış çıxışı Microsoft-un baş direktoru Satya Nadella tərəfindən ediləcək. Təqdimat Bakı vaxtı ilə iyunun 2-dən 3-nə keçən gecə saat 20:30-da başlayacaq və şirkətin rəsmi YouTube kanalı üzərindən canlı yayımlanacaq.
    Your home for Microsoft Build
        Builki Microsoft Build tədbirində əsas diqqətin süni intellekt texnologiyalarına yönələcəyi gözlənilir. Microsoft-un rəsmi açıqlamasına görə, Satya Nadella və digər şirkət rəhbərləri süni intellekt dövründə tərtibatçılar üçün yaradılan yeni imkanlardan danışacaqlar. Tədbirin proqramına nəzər saldıqda agent əsaslı süni intellekt həllərinin ön plana çıxacağı görünür. Sessiyalar arasında açıq çəkili "open-weight" modellər əsasında fərdi AI agentlərinin yaradılması, Windows 365 platformasında agentlərin hazırlanması və genişləndirilməsi kimi mövzular yer alır.
        Məlumatlara görə, Microsoft tədbir çərçivəsində yeni süni intellekt modellərini təqdim edə, həmçinin Windows 11 əməliyyat sisteminə dair əhəmiyyətli yenilikləri elan edə bilər. Şirkətin Copilot ekosistemi və AI xidmətləri ilə bağlı yeni funksiyalar nümayiş etdirməsi də gözlənilir.
    Paylaş