Logo
    main-post-cover

    Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib

    Süni İntellekt
    01.02.2024
    Emil
         Microsoft şirkətinin CEO-su Satya Nadella-nın fikrincə süni zəka imkanlarından təhlükəsiz şəkildə istifadənin zəmanətini təmin etmək üçün texnoloji sektor, dövlət və cəmiyyət öz səylərini birləşdirməlidir. Nadella düşünür ki, süni zəka tətbiqinin normaları ilə bağlı qlobal razılaşma olmalıdır. Bu öz növbəsində hüquq-mühafizə orqanlarının və şirkətlərin süni zəka texnologiyasından sui-istifadə hallarının qarşısını almalarına imkan verəcək. Nadella son zamanlarda süni zəka tərəfindən məşhur şəxslərin tərtib edilmiş fake fotolarının yayılması hallarına fikirlərini bildirib.
         O bu vəziyyəti narahatedici və ciddi adlandırıb və üstəlik qeyd edib ki, texnologiyalardan bu cür sui-istifadə halları ilə yüksək səviyyədə mübarizə aparmaq lazımdır. İş yerlərinin süni zəka texnologiyası ilə əvəzlənməsi mövzusunda gəldikdə isə Nadella-nın təsəvvüründə generativ süni zəka təhlükədən daha çox sadəcə bir alətdir. O bu texnologiyanı insan üçün köməkçi kimi qəbul edir. Onun sözlərinə əsasən məhz bu səbəbdən Microsoft-un süni zəka əsaslı çat-botu Autopilot əvəzinə Copilot adlanır. “Söhbət, iş prosesində insanın əvəzlənməsindən deyil, əslində onun imkanlarının genişləndirilməsindən gedir” - deyə Nadella qeyd edib.
    Paylaş